Paşinyan etirazçılara müraciət etdi: Həbs olunsam, siz... - Canlı | SON XƏBƏR | SON XƏBƏR

Paşinyan etirazçılara müraciət etdi: Həbs olunsam, siz… – Canlı

aksiya-irevan_300x16911:02

İrəvanda Serj Sərkisyanın baş nazir olmasına qarşı etiraz aksiyalarının 9-cü günü başlayıb.

Etirazçıların bu gün də İrəvandakı küçələrə bağlamağa cəhd edəcəkləri bildirilib. Aksiyaların lideri Nikol Paşinyan mitinqə İrəvanın 7-ci mikrorayonundan başlayacaq.

***

İrəvanda mitinqin ilk dəqiqələrindən etibarən polislə etirazçılar arasında gərginlik yaranıb. Polis yolu bağlamağa çalışan etirazçıları ərazidən uzaqlaşdırıb.

İrəvan polisinin rəis müavini Valeri Osipyan aksiyanın lideri Nikol Paşinyana yaxınlaşaraq, etiraz aksiyasının qanunsuz olduğunu açıqlayıb. O, Paşinyana insanların konstitusion hüquqlarını pozduğunu bildirib.

***

İrəvanda etiraz aksiyasının ilk dəqiqələrindən etibarən bir nəfər aktivist həbs edilib. Polislə etirazçılar arasında yaranan qarşıdurma zamanı polislərdən birinin vəziyyəti pisləşib.

Polis hazırda etirazçıların mitinqinə mane olmağa çalışır. Paşinyan tərəfdarlarına müraciət edərək, həbs olunacağı təqdirdə aksiyanın davam etdirilməsini istəyib.

***

İrəvanda polislər etirazçıların yolu yük avtomobili ilə bağlamaq cəhdinə mane olublar. Onlar yolun bağlanılmasında iştirak edən minik avtomobilini də yolun ortasından çəkiblər.

Polis daha bir neçə etirazçını saxlayıb. Yaşlı etirazçılardan birinin vəziyyəti pisləşib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>