"Qarabağ"la bacarmayan komanda yarım finalda | SON XƏBƏR | SON XƏBƏR

“Qarabağ”la bacarmayan komanda yarım finalda

atletiko-qarabag_278x187Avropa Liqasının (AL) 1/4 final mərhələsində cavab oyunları keçirilib.

4 matçın hamısı eyni vaxtda start götürüb.

Bu mərhələyə qədər irəliləməyi bacaran yeganə Rusiya təmsilçisi MOİK yoluna davam edə bilməyib. Londonda rəqibi üzərində böyükhesablı qələbə qazanan “Arsenal” Rusiyada 2:2 hesablı bərabərliyə nail olaraq fürsəti əldən verməyib.

AL-in sürpriz komandası “Zalsburq” İtaliya təmsilçisi “Latsio”nu doğma azarkeşləri önündə qəbul edib. Səfərdəki 4:2 hesablı məğlubiyyətdən sonra evdə 4:1 hesablı qələbə əldə edən avstriyalılar sürprizə imza ataraq yarım finala yüksəliblər.

Avropa Liqasının bir nömrəli favoriti hesab edilən “Atletiko” Portuqaliyada “Sportinq”lə üz-üzə gəlib. Çempionlar Liqasında uğursuzluğa düçar olan İspaniya nəhəngi bunu Avroliqadakı zəfərlə unutdura bilib. "Hindular" uduzsalar da, iki oyunun nəticəsinə görə, növbəti mərhələyə keçiblər.

Ən böyük maraq doğuran qarşılaşma Fransada baş tutub. Belə ki, “Marsel” “Leyptsiq”lə üz-üzə gəlib. Evdəki minimalhesablı qalibiyyət almanlara kiçik də olsa, üstünlük versə də, fransızlar 5:2 hesablı qalibiyyətlə yarım finala adlayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>