Seçkidə ən fəal və ən zəif nəticə göstərən dairələr açıqlandı | SON XƏBƏR | SON XƏBƏR

Seçkidə ən fəal və ən zəif nəticə göstərən dairələr açıqlandı

secki-23_281x18716:21

Bu gün keçirilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub.

Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər ikinci seçki dairəsidir.

Bu seçki dairəsində qeydiyyatda olan 51 min 117 seçicidən 35 min 135-i (68,73 faiz) artıq səsvermə hüququndan istifadə edib.

Saat 15:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində qeydiyyatda olan 40 min 68 seçicidən 17 min 657-i (44,7 faizi) səsvermədə iştirak edib.

Qeyd edək ki, saat 15:00-a olan məlumata görə, 5 milyon 314 min 365 seçicidən 3 milyon 227 min 817 nəfəri (60,74 faizi) səsvermədə iştirak edib.

***

Azərbaycanda keçirilmiş prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələrinin adları açıqlanıb.

Seçicilərin fəal olduğu seçki dairəsi Şərur-Sədərək seçki dairəsidir. Bu seçki dairəsində 38 min 713 seçicidən 32 min 132 nəfəri (83 faiz) səsvermədə iştirak edib.

Passiv seçki dairəsi isə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Burada qeydiyyatda olan 40 min 68 seçicidən 24 min 646 nəfəri (61,51 faiz) səsvermədə iştirak edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>