Suriyaya daha bir hücum: zərbələr dəf edildi | SON XƏBƏR | SON XƏBƏR

Suriyaya daha bir hücum: zərbələr dəf edildi

israil-raket_300x16808:23

Suriyanın Xüms əyalətindəki Şayrat aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dumeyrdəki hərbi bazaya raket zərbələri endirilib.

Suriyanın havadan müdafiə sistemləri Şayrat aviabazasına atılan 6 raketi vurub. Daha 3 raket Dumeyrə çatmamış vurulub.

Əl-Masdar agentliyinin məlumatına görə isə zərbələr Suriyaya Livan ərazisindən daxil olan İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri tərəfindən endirilib. Məlumat Dəməşq tərəfindən təsdiqlənməyib.

"RİA Novosti" agentliyi təkcə Şayrat aviabazasına 10 raketin atıldığını bildirib. "Əl-Mayad"in televiziyası isə Dumeyrdəki bazaya hücum zamanı burada terrorçuların Dumeyr rayonundan çıxması ilə bağlı danışıqlar apardıqlarını açıqlayıb.

İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>