Türkiyədən ərəblərə qarşı sərt bəyanat: Dərk etmirsiniz! | SON XƏBƏR | SON XƏBƏR

Türkiyədən ərəblərə qarşı sərt bəyanat: Dərk etmirsiniz!

hami-aksoy_300x170Suriyada siyasi böhranın başlamasından bəri üzərinə böyük məsuliyyət götürən Türkiyənin səylərini görməzdən gəlmək reallıqla uzlaşmır.

Bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Ərəb Dövlətləri Liqasının türk ordusunun Afrindən çıxmasının vacibliyi ilə bağlı bəyanatına şərh verərkən deyib.

“Bəyanatda Türkiyə Silahlı Qüvvələrinin Afrindən çıxması durumunda bunun Suriya böhranına müsbət təsiri olacağının deyilməsi, “Zeytun budağı” əməliyyatının məqsəd və məramının hələ dərk edilməməsini göstərir. Bu əməliyyat Suriyanın ərazi bütövlüyünün qorunmasına xidmət edir”, - deyə Aksoy bildirib.

Qeyd edək ki, ərəb birliyi Türkiyənin Afrindən tez bir zamanda çıxmasının zəruriliyi ilə bağlı bəyanat yayımlamışdı.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>