XİN-dən seçkilərlə bağlı növbəti açıqlama | SON XƏBƏR | SON XƏBƏR

XİN-dən seçkilərlə bağlı növbəti açıqlama

xin_300x177Saat fərqinə uyğun olaraq, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış seçki məntəqəsində keçirilən səsvermə başa çatıb.

Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, seçkilər səfirlikdə qeydiyyatda olan vətəndaşların yüksək seçici fəallığı ilə azad və demokratik şəraitdə keçib.

“Yerli saata uyğun olaraq Vaşinqtondakı səfirliyimizdə seçki məntəqəsi bir saatdan artıq açılıb. Təqribən saat yarımdan sonra Los-Ancelesdəki Baş Konsulluğumuzda seçki məntəqəsi açılacaq. Ümumiyyətlə, ən son bağlanan seçki məntəqəsi Los-Ancelesdəki Baş Konsulluğumuz olacaq. Diplomatik nümayəndəliklərimizdəki səsvermələrdə də yüksək seçici fəallığı müşahidə olunub. Diplomatik nümayəndəliklərimizdə yaradılmış seçki məntəqələrindəki səsvermənin nəticələri 17-ci və 16-cı Yasamal seçki dairələrinə bildirilir”, - deyə o vurğulayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>