Yaponiyadan Çinə çağırış: Nüvə silahını ləğv edək | SON XƏBƏR | SON XƏBƏR

Yaponiyadan Çinə çağırış: Nüvə silahını ləğv edək

abe_300x169Yaponiyanın Baş naziri Şinzo Abe Çinin Xarici İşlər naziri Van İni Koreya yarımadasında nüvə silahının ləğvi üçün sıx əməkdaşlığa çağırıb.

Aprelin 16-da Baş nazir öz iqamətgahında Tokioda rəsmi səfərdə olan Van İni qəbul edib.

Görüş zamanı Ş.Abe ABŞ-a aprelin 17-dən başlanacaq səfəri və Prezident Donald Trampla görüşü barədə də məlumat verib. Baş nazir bildirib ki, D.Trampla görüşü zamanı o, Şimali Koreyanın öz nüvə və raket proqramlarından qəti və dönməz imtinasının yolları ilə bağlı ətraflı müzakirələr aparacaq.

Ş.Abe əlavə edib ki, Yaponiya və Çin bu işdə eyni dərəcədə maraqlıdırlar və bu məqsədlə sıx əməkdaşlıq etməlidirlər.

Baş nazir, həmçinin Yaponiya-Çin-Cənubi Koreya liderlərinin qarşıda planlaşdırılan sammitinə toxunaraq bildirib ki, Baş nazir Li Keçyanın Tokioya səfəri zamanı Yaponiya və Çin arasında müxtəlif sahələrdə strateji və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi üçün möhkəm zəmin yaranacaq.

Van İn öz növbəsində deyib ki, o, Çinlə əlaqələrin möhkəmləndirilməsi üçün Şinzo Abe və Yaponiya hökuməti tərəfindən göndərilən müsbət siqnalları və dostluq əlaqələrini diqqətlə izləyir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>