Yeni Ayfon telefonları neçəyə satılacaq? | SON XƏBƏR | SON XƏBƏR

Yeni Ayfon telefonları neçəyə satılacaq?

iphone8_285x187Ən bahalı Ayfon artıq Ayfon X olmayacaq.

Appl şirkəti böyük ümidlərlə bazara çıxarılan Ayfon X flaqmanından gözlədiyini tam əldə edə bilmədi. Məhsulun yüksək qiymətlə bazara çıxarılması da tənqidlərə məruz qalmışdı. Hətta şirkətin məhsullarının qiymətini azaltmaq üçün təchizatçı şirkət Samsung ilə danışıqlara başladığı da deyilir. Amma ən bahalı Ayfon modellərinin 2018-ci ildə gələcəyi barədə iddialar səslənir.

UBS analitikləri Steven Milunoviç və Benjamin Uilson tərəfindən bəyan edilən proqnozlara əsasən, orta satış qiymətləri analizlərinə görə, Appl şirkətinin 2018-ci il yeni modelləri 1100 dollara satışa çıxarıla bilər. Hələ üstəlik vergiləri və rüsumları da bu qiymətə əlavə etsək, qiymətin hara qədər qalxa biləcəyini siz təxmin edin. Hesabatda bildirilir ki, yeni Ayfon qiyməti baha olduğundan gözlənilən səviyyədə alıcı tapmaya bilər.

Ən keyfiyyətli smartfonlara sahib olmaq üçün çəkilən xərclər baxımından bu cihazlara pul xərcləyə bilən və bilməyən insanlar arasındakı boşluq isə getdikcə genişlənir. Bu mənada, 2018-ci ildə daha bahalı Ayfon modelləri qiymət baxımından seçici davranan insanları bu innovasiyalardan uzaq tutacaq. Bahalı Ayfon modellərinin qiymətini sabit saxlamaq məqsədilə Apple-ın ötən ilki iPhone ES kimi daha ucuz alternativləri bazara çıxaracağı proqnozlaşdırılır.

Analitiklərin hesabatına əsasən, Appl belə bir strategiya ilə çıxış edəcək:

- Qiymət əyrisini aşağı salmaq üçün ekran ölçüsü, kamera və başqa xüsusiyyətlərin aşağı olduğu telefonları da təqdim etmək;

- Premium müştəriləri daha yüksək qiymətlər olan qiymət əyrisinə cəlb etməklə, daha bahalı məhsulları onlara sata bilmək;

- Bir tərəfdən yeni xüsusiyyətlərə sahib yüksək qiymətli məhsullar dəsti yaratmaq, digər tərəfdən isə köhnə cihazları ilə ucuz məhsul bazarlarına daxil olmaq;

Ehtimallara əsasən, 6.5 düym OLED Ayfon 1100 dollar, 5.8 düym OLED Ayfon 999 dollar və 6.1 düym LCD Ayfon 700-800 dollar aralığında satışa çıxarılacaq. Ayfon SE 350 dollar qiymətilə satılır və modelin də qiymətinin 300 dollara qədər azalacağı qeyd edilir. Hətta yeni nəsil SE modelləri də təqdim edilə bilər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>