Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət | SON XƏBƏR | SON XƏBƏR

Zakir Qaralov: Ləyaqətin zirvəsinə ucalmış şəxsiyyət

Zakir-Qaralov2-300x228112Baş Prokuror: İkinci kitabdan fəsillər.

29-cu Fəsil

Dövlət Başçısının korrupsiya, məmur özbaşınalıqları və digər neqativ hallarla bağlı daim sərgilədiyi qəti, prinsipial mövqeni prioritet olaraq rəhbər tutan Baş Prokuror cənab Zakir Qaralovun ciddi nəzarəti və qabaqlayıcı məqsədyönlü tədbirlər bu sahədə uğurları təmin edərək vətəndaş məmnuniyyətinə səbəb olur. Müraciətlərə, ərizələrə operativ formada baxılması və qanunlar çərçivəsində araşdırılaraq haqlı durumun ortaya çıxarılması nəticəsində də ölkə vətəndaşlarının alqış və duaları Dövlət Başçısına ünvanlamaqla, güclü dövlətdə yaşayıb, işləmək xoşbəxtliyidə cəmiyyətin bütün təbəqələrində də birmənalı formada qəbul edilməklə, rəğbətlə qarşılanır, alqışlanır və dəstəklənir.

Azərbaycan müstəqillik qazanandan sonrakı illərdə başıpozuqluğu, xaosu qətiyyətlə aradan qaldıraraq dünyada tanınaraq qəbul edilən qüdrətli Dövlətimizin qurucusu, memarı, Ümummilli Lider, Ulu Öndərimiz mərhum Heydər Əliyev cənabları və onun layiqli davamçısı, varisi, bütün Qafqazın şəriksiz Lideri, bütün Türk dünyasının qüdrətli, qətiyyətli Dövlət Başçılarının sırasının önündə qürurla, əzəmətlə dayanan Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu, daxili və xarici siyasətinin nəticəsi olaraq bugün qloballaşan dünyada ölkəmizlə hesablaşaraq, ciddi, sabit içtimai, siyasi ab-havanın hökm sürdüyü, əhalinin həyat şəraitinin artan xətlə inkişaf etdiyi tərəfdaş kimi qəbul edilir.

Ölkəmizin qısa zaman kəsiyində əldə etdiyi uğurlarda və müasir, sivilizasiyalı, modern, qloballaşan dünyaya inteqrasiya olunaraq qüdrətli dövlətlərlə eyni sıraları paylaşmasında təbii ki, içtimai asayişin təmin edilməsində gərgin əməkləri olan hüquq-mühafizə orqanlarının, qanunların aliliyinin bütün sahələrdə göz bəbəyi kimi ciddi qorumalarının da nəzarətedici prokurorluq orqanlarının, şərəfli xidmətləridə cəmiyyətin bütün təbəqələrində birmənalı olaraq təqdirlə qəbul edilərək dəstəklənir, rəğbətlə qarşılanır və ölkə vətəndaşlarının böyük etimad, etibarları, güvənləri ilə əhatə olunur. Bir sözlə prokurorluq orqanlarına qızıl dövrünü yaşadan Baş Prokuror cənab Zakir Qaralovun şərəfli iş və peşə fəaliyyəti dediklərimizin, yazdıqlarımızın bariz nümunələri və göstəriciləridir.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>