Ziyafət Əsgərov: Bu, ermənilərin puluna satın alınmışların... | SON XƏBƏR | SON XƏBƏR

Ziyafət Əsgərov: Bu, ermənilərin puluna satın alınmışların…

ziyafet_285x187ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, qurumun Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri haqqında verdikləri birgə bəyanat tamamilə qərəzli və subyektiv mülahizələr əsasında tərtib edilmiş qarayaxmadır.

Bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, bu bəyanat anti-Azərbaycan qüvvələrin, o cümlədən ermənilərin puluna satın alınmışların əvvəlcədən tərtib etdiyi kağız parçasıdır.

Z. Əsgərov qeyd edib ki, Azərbaycanda hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır: "Xalq öz iradəsini 11 apreldə tam azad şəkildə ifadə etdi. Xalqın iradəsini şübhə altına alanlar isə yalnız şarlatanlardır".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>