Avstraliyalı Daniel Rikkyardo Monako Qran Prisinin qalibi olub | SON XƏBƏR | SON XƏBƏR

Avstraliyalı Daniel Rikkyardo Monako Qran Prisinin qalibi olub

daniel_riccardo_car_280x187"Red Bull" komandasının avstraliyalı pilotu Daniel Rikkyardo Formula 1 üzrə Monako Qran Prisinin qalibi olub.

Qran Prini ikinci pillədə "Ferrari" komandasının almaniyalı pilotu Sebastyan Fettel, üçüncü pillədə isə "Mersedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vutublar.

28 yaşlı D.Rikkyardo karyerasında 6-cı, bu mövsüm isə 2-ci qələbəsinin qazanıb. O, Monako Qran Prisində ilk dəfə qalib gəlib.

Mövsümün 6 yarışından sonra liderlik britaniyalı Lyuis Hemiltondadır (110 xal), ikinci pillədə Sebastyan Fettel (96 xal), üçüncü yerdə isə Daniel Rikkyardo (72 xal) qərarlaşıblar.

Formula 1-in növbəti mərhələsi Kanadada 8-10 iyun keçiriləcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>