Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Konfransı keçirilir | SON XƏBƏR | SON XƏBƏR

Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Konfransı keçirilir

baki_300x158Mayın 30-da Bakıda XXV yubiley Beynəlxalq “Caspian Oil and Gas” konfransı keçirilir.

Konfransın “Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik” adlı plenar sessiyasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo, Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) baş katibi Yuriy Sentyurin və Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hirakinin məruzələri dinlənilir.

Konfransda 49-dan artıq spiker öz məruzələri ilə çıxış edəcək. Bu il konfransda aparıcı şirkətlərin 500-dən çox şirkət rəhbərləri, sənaye nazirliklərinin nümayəndələri, beynəlxalq və yerli ekspertlər var. Konfransda aparıcı enerji və neft-qaz şirkətlərinin rəhbərini, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssislərini bir araya toplayacaq və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlərin müzakirəsi üçün imkanlar yaradır.

“Caspian Oil and Gas” konfransı Azərbaycanın Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>