Bakıda medal qazanmaq qürurvericidir - Alkanoğlu | SON XƏBƏR | SON XƏBƏR

Bakıda medal qazanmaq qürurvericidir – Alkanoğlu

marafon1_281x187Azərbaycandakı marafonda ilk dəfədir ki, iştirak edirəm. Bu yarışa yaxşı hazırlaşmışdım. Marafon yüksək səviyyədə təşkil edilib. Ötən il Almaniyada keçirilən marafona da qatılmışdım. Bu gün Bakıda təşkil olunan marafonda rəqabət güclü idi. Yarışda iştirak etmək üçün 18 minədək insan qeydiyyatdan keçib.

Marafonda kişilər arasında üçüncü yerə çıxan 27 yaşlı Türkiyə vətəndaşı Ömər Alkanoğlu jurnalistlərə müsahibəsində Bakıda belə bir yarışda medal qazanmasının onun üçün qürurverici olduğunu bildirib. O deyib: “Azərbaycan qardaş ölkə olduğu üçün burada özümü çox rahat hiss etdim. Sevinirəm ki, Bakıda mükafatçılar sırasında yer ala bildim”.

Azərbaycan xalqının qonaqpərvərliyini, azarkeşlərin idmana verdiyi dəstəyi yüksək qiymətləndirən türkiyəli idmançı Bakı Marafonunun gələcəkdə daha çox iştirakçını əhatə edəcəyinə inamını ifadə edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>