Bolqar rəsmisi Azərbaycan dilində danışdı - Foto | SON XƏBƏR | SON XƏBƏR

Bolqar rəsmisi Azərbaycan dilində danışdı – Foto

bolqarsefir4_280x187Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Sofiya şəhərində yerləşən “Vrana” park-muzeyində Azərbaycandan gətirilmiş 3 şərq çinarı ağacı əkilib.

Ağacəkmə mərasimində Sofiya şəhərinin meri Yordanka Fandıkova, Bolqarıstan Respublikasının Xarici İşlər Nazirinin müavini Yuri Şterk və turizm nazirinin müavini İrena Georgiyeva, BR Xalq Məclisinin deputatı Andon Donçev, BR Prezidentinin müşavirləri və müxtəlif nazirliklərin nümayəndələri, səfirlər və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Bolqarıstanın xarici işlər nazirinin müavini Y.Şterk cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bolqarıstan ilə Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 26 illiyinin qeyd olunduğunu iştirakçıların diqqətinə çatdıraraq, ölkələr arasında əlaqələrin dostluq ruhunda yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

Çıxışı zamanı Y.Şterk tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmmədəmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarının Azərbaycan dilində səsləndirməsi dövlətçilik ənənələrimizə hörmət əlaməti kimi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sonda çıxış edən səfir Nərgiz Qurbanova çinar ağaclarının iki ölkə arasında dostluq rəmzi olaraq Azərbaycan üçün tarixi yubileylərlə fərqlənən məhz 2018-ci ildə əkilməsinin xüsusi önəm daşıdığını vurğulayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>