Bu müəllimlərin maaşı artırılacaq | SON XƏBƏR | SON XƏBƏR

Bu müəllimlərin maaşı artırılacaq

tehsil.nazirliyiDiaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək. Eyni zamanda, dərs yükü norması və əməkhaqqı artırılmaqla onların maddi rifahı yaxşılaşdırılacaq.

Bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə deyib.

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlər inkişaf yönümlü təlimlərə cəlb olunacaq.

M. Camalzadə qeyd edib ki, ötən il keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlər budəfəki qiymətləndirmədə də iştirak edir.

Qeyd edək ki, bu gündən Azərbaycan Texniki Universitetində müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>