Cümhuriyyətin 100-cü ildönümü Qətər mətbuatında - Foto | SON XƏBƏR | SON XƏBƏR

Cümhuriyyətin 100-cü ildönümü Qətər mətbuatında – Foto

reshad-sefir_277x187Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin “Əl-Şərq” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və Azərbaycan-Qətər münasibətlərinə həsr olunmuş geniş müsahibəsi dərc edilib.

Müsahibədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Cümhuriyyət dövründə əldə olunmuş nailiyyətlər, Azərbaycan-Qətər münasibətləri, ikitərəfli əməkdaşlığın əsas prioritet məsələləri, Azərbaycandakı mövcud əlverişli investisiya mühiti və turizmin inkişafı haqqında geniş məlumat verilib.

Yazıda 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay davam etməsinə baxmayaraq Azərbaycan tarixində mühüm yer tutduğu və Cümhuriyyətin yaranma günü – 28 may tarixinin Azərbaycanın milli bayramı kimi qeyd olunduğu bildirilib. Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyi və ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən İlham Əliyevin rəhbərliyi altında ölkənin bu gün bütün sahələrdə inkişaf dövrünü yaşadığı vurğulanıb.

Səfir Azərbaycan-Qətər münasibətlərindən danışaraq, son iki il ərzində dövlət başçıları tərəfindən həyata keçirilmiş səfərlərin əməkdaşlığın inkişafına böyük töhfə verdiyini bildirib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 31 sənədin imzalandığını və hökumətlərarası müştərək komissiyanın fəaliyyətə başladığını qeyd edən səfir hazırda ikitərəfli münasibətlərdə iqtisadi əməkdaşlığın inkişafının əsas prioritet məsələ olduğunu diqqətə çatdırıb.

Səfir ölkəmizdə xarici investisiyalar üçün əlverişli şəraitin yaradıldığını, investorların hüquqlarının qorunması üçün lazımi iqtisadi islahatların aparıldığını və müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib.

Müsahibədə, həmçinin Azərbaycanın turizm imkanlarından geniş söz açılıb. Qətər Hava Yolların tərəfindən ölkəmizə həftədə 14 uçuşun həyata keçirilməsinin, viza rejiminin sadələşdirilməsinin və ölkəmizdə turizm sahəsində xidmətin keyfiyyətinin artmasının Qətərdən ölkəmizə gələn turistlərin sayının çoxalmasında mühüm rol oynadığı qeyd edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>