İrandan çox şeymi istəyirik? – Pompeo | SON XƏBƏR | SON XƏBƏR

İrandan çox şeymi istəyirik? – Pompeo

pompeo_300x163ABŞ-ın İrana münasibətdə siyasəti bu ölkədəki hakim rejimin dəyişdirilməsinə hesablanmayıb.

Bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, ABŞ-ın son sanksiyaları İran liderlərinin xalqının səsini dinləməsi və regionda destruktiv fəaliyyətini dayandırması üçün davranışını dəyişdirməsinə hesablanıb:

“Söhbət rejim dəyişikliyindən yox, İran rəhbərliyinin davranışını dəyişməsindən gedir. Biz İran hakimiyyətindən çox şey istəmirik, sadəcə, onun özünü normal hökumətlər kimi aparmasını, xalqını talamamasını, xalqının pullarını Suriya və Yəməndəki avantüralara xərcləməməsini istəyirik. Əgər İran normal dövlət olsa, bu, İran xalqına uğur gətirər”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>