Kəndimizin son günü (120-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (120-ci yazı)

Baş-Redaktor-300x22821Yaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

120-ci Fəsil

Ağdama kənardan təyin olunan rəhbərlər, sanki süd gölünə düşərək, az bir zaman kəsiyində topdağıtmaz sərvət sahibi olardılar. Azərbaycanda özəlliyi ilə seçilən Ağdamın məhşur bazarından bu rəhbərlərə çatan pay digər rayonların üst-üstə bütün gəlirlərindən çox olurdu. Ağdam bazarında hər qarış yer mağaza açmaq üçün az qala qızıl qiymətinə satılır, piştaxtalardan da rayon rəhbərinin payı mütləq idi. Ağdam bazarında mağaza işlətmək hər adama qismət olmazdı, nüfuzlu, himayən, cibindəki dolu olmalı idi.

Ona görə də Ağdam bazarında xırdaca bir köşkü işlədənin qazancı Bakıda, digər iri şəhərlərdə az qala univermaq işlətməyə bərabər tutulardı. Dünyanın Ağdam möcüzəsinə rəhbər gəlmək istəyənlərində güclü arxası, həmdə çəkini, düzəni də bilmək zorunda olmalı idi. Yəni, hər sıradan partiya fəalını Ağdama tuşutmazdılar ki, yarıtmayacaq, camaatda elə-belə razılaşan deyildi, yəni zamanın o vaxtları idi, ağdamlı olmayanlarda tanınmayacaqlarına əmin olduqları yerlərdə bu rayondan olduqlarını söylər, bir sözlə özlərini sığortalayardılar. Ağdamın, ağ damlı bəxtəvər günləri elə bil gözə gələrək qanlı ildırımlar çaxdı masmavi, tərtəmiz səmasında dəhşətli qara sellər bumbuz kəhriz sularının küçələrindən axdığı arxlarını uçurulub yerlə-yeksan edərək, erməni tanklarının tırtırları, əsgərlərinin çəkmələrinin nallarına döyənək edərək torpağa yapışdırdı. O məsum günlərə qanlı erməni tufanının əsəcəyi qapqaraya bürünmüş son günümüzə isə qalırdı. Ağdamlı olmaq xoşbəxtliyi bu adın şərəfi o qədər böyük, uca idi ki, kənardan təyinatla işləməyə gələnlərdə, əgər rayondan çıxardılarsa doğulduqları yeri yox, ağdamlı olduqlarını nişan verərdilər. İndi mən çözürəm ki, niyə sovet dönəmində adətən Ağdama rəhbər kadrları kənardan göndərirdilər. Son illərdə Ağdama növbə ilə rəhbərlik edən, əslən ağdamlı olanların rayona tutduqları toyun ləyaqətli, qeyrətli ziyalılarımıza qarşı əsil səlib müharibəsi aparmaları, başı dikələnləri, haqqı-nahaqqa verməyən dağ ləngərli kişiləri didərgin salmaları, nələr, nələr, sapı özümüzdən olan baltalarımızın əslində kim olduqlarını bir daha ortaya çıxartdı.

O illərin Ağdamındakı tikilən mülklərdən danışdıq, hələ içtimai-iaşə obyekləri, dəbdəbəli restoranlar sırası az qala Əsgərana, Ağdərəyə, bu bir səmtdən, Qarqarın körpüsünü keçəndən sonra Martuniyə (indi ki, Xocavənddə işğal altında olan, Eyvaz Hüseynova məxsus bəyliyə) çatardı. Bu restoranlarda, kafelərdə quş iliyi, can dərmanıda tapmaq olardı. Hər obyektin özünəməxsus adla deyilən təamları az keçməzdiki məhşurlaşardı. Ağdərə yolunun üstündəki bir neçə qardaşın işlətdiyi Qaraçava restoranındakı çəkilən kabab az qala bütün SSR-də məhşur olan Ağdam bazarı ilə şöhrətini bölüşərdi. Amma nədənsə rayona gəlmə katiblərin əksəriyyəti, ələxsusda Sadıq Murtuzayev qonaq-qaralarını belə kişilərin obyektlərində yox, rayonun dəbdəbəli qonaq evində, yada rayondan kənarda əyləşdirib, qonaqlayıb ciblərinidə doldurub yola salardılar. Səbəblər isə əksəriyyətin bildiyi qədər sadə əsasa söykənirdi. Yəni Ağdamın ötkəm kişilərinin obyektlərin də onlar yeyib-içəndən sonra hansısa artıq-əskik hərəkətlər edərdilərsə, amiranə nəisə tələb etsələr onda olacaqlara kimsə qarant verə bilməzdi. Yəni Sadıq Murtuzayev ona bənzər bəzi gəlmə partiya bossları belə kişilərin ağdamlı olmalarına bələd olduqlarından, qapalı məkanda və ya rayondan kənarda eyş-işrət məclisləri təşkil etməyə üstünlük verərdilər. Nadir təsadüflər olardı ki, əsil damarından təmiz ağdamlı qanı axanları nə qədər savadlı, qabiliyyətli olsalar da məsul vəzifələrə yuxarlardan kiminsə tapşırığı ilə əlacsız qalıb yaxın buraxsalar da sona qədər etibar etməyərək ehtiyatlı dolanardılar.

Murtuzayevin Ağdam da raykom katibi olduğu dönəmdə xırdaca bir araşdırma aparmaq kifayətdir ki, ortaya çıxan həqiqətlərin, məsul vəzifələrdə ki, ağdamlı adı ilə Murtuzayevin kölgəsinə də quyruq bulayanların demək olarki əksəriyyətinin kökündə ordan-burdan gəlmə olmaları və ya arvadlarının başqa bölgələrdən gəlmələri, ya da qeyri millətdən olmaları əsas götürülər bu qulbeçələrində rayonu çapıb talamalarına münbit şərait yaradılardı. Əsil ağdamlılar təpərli, əyilməz kişilərsə qədərincə savadlı olsalarda dövlət vəzifələrinə yaxın durmaz, ticarətlə məşğul olaraq çörək qazanardılar. Niyəsini deyim, Ağdama raykom katibi təyin olunan Sadıq Murtuzayev, yəni Ağdamın rəhbəri sözünü işlətmədim, adam bu müqəddəs kəlməni daşımağa layiq olmadı, Ağdamda əsil ağdamlılara yox, qulbeçələrinə, söyüşlərinə, hikkələrinə qucaq açanlara, bu iyrəncliyi də özlərinə şərəf bilənlərə başçılıq etdi, başlarının üstündə dayanaraq dəqiqə başı belələrinin alçaltmaqdan, əzməkdən ləzzət alaraq onu saya salmayanların, əsil ağdamlı kişilərində acığını, heyfini onlardan, belə mənəviyyatsız əzilməkləri ilə fəxr edənlərdən olaraq kinli ürəyini boşaldaraq müvəqqəti olsada rahatlıq, sakitlik tapıb ürəyindəki qara xislətli çibanları deşərək çirkini, zəhərli qanını axıdaraq boşaltdı. O illərin bəxtəvər Ağdamını qara günlərinə aparaq qanlı erməni dəyirmanının yardımcısı olanlardan milli kimliyimizə düşmən kəsilənlərin iyrənc əməllərindən də kitabımızın irəliləyən fəsillərində danışmaqla məlum qara qutularını açacağıq, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>