NATO-nun Rusiyaya tələsi: Qafqaza girir - Morozov | SON XƏBƏR | SON XƏBƏR

NATO-nun Rusiyaya tələsi: Qafqaza girir – Morozov

morozov_300x170NATO Rusiyaya təzyiq göstərmək üçün namizəd ölkələrə qoyduğu tələbləri poza və Gürcüstanı alyansa üzv qəbul edə bilər.

Bu sözləri rusiyalı senator Oleq Morozov deyib.

“Bu, heç bir halda Gürcüstanın iradəsindən asılı deyil. Bildiyimiz kimi, NATO alyansa ərazi problemləri və həll olunmamış hərbi münaqişələri olan ölkələri üzv qəbul etmir. Dünyadakı sonuncu tendensiyaları nəzərə alsaq, Rusiyaya əlavə təzyiq göstərmək üçün buna göz yuma bilərlər. Rusiyaya daha çox təzyiq göstərmək istəyirlərsə, o zaman bunu edəcəklər”, - Morozov bildirib.

Xatırladaq ki, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ölkəsinin 2021-ci ildə NATO-ya üzv olacağına ümid etdiyini bildirmişdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>