Nazpəri Zauru canlı efirdə pərt etdi, əvəzində... - Video | SON XƏBƏR | SON XƏBƏR

Nazpəri Zauru canlı efirdə pərt etdi, əvəzində… – Video

zaurZaur Kamalın təqdimatında efirdə yayımlanan “5-də 5” verilişində maraqlı anlar yaşanıb.

Aparıcının bu dəfə yalnız bir qonağı olub. Belə ki, Zaur Kamal verilişinə yenicə "Əməkdar artist" fəxri adını alan müğənni Könül Kərimovanı dəvət edib. Studiya şarlarla bəzədilib və xüsusi buraxılış kimi efirdə yayımlanıb.

Hətta bəziləri Zaurdan bunun səbəbini soruşublar, lakin o, sualı düzgün cavablandırmayıb.

Aparıcı veriliş zamanı xalq artisti Nazpəri Dostəliyeva ilə telefon vasitəsilə əlaqə saxlayıb. Sənətçiyə özünün, proqramın və qonağının adını deyən Zaur gözlənilməz cavab alıb. Belə ki, N.Dostəliyeva “Könül Kərimovaya görə telefonu götürdüm” söyləyib. Aparıcının bunu eşitmədiyini və ya eşidib də, məhəl qoymadığını görən xalq artisti sözlərini təkrarlayıb və xüsusi olaraq vurğulayıb.

Z.Kamal isə təəccüblü, o cümlədən pərt şəkildə mobil telefonu səsucaldandan çıxararaq qulağına yaxınlaşdırıb, amma eşitdikləri yenə də ürəyincə olmayıb. Qısa ara sonra isə Zaur bağlantını kəsib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>