Quterreşdən Paşinyana Qarabağ mesajı | SON XƏBƏR | SON XƏBƏR

Quterreşdən Paşinyana Qarabağ mesajı

quterresh_300x169Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş olacağına ümid edirəm.

Bu sözləri Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Ermənistanın yeni baş naziri Nikol Paşinyana göndərdiyi təbrik məktubunda qeyd edib.

“Münaqişənin sülh yolu ilə həll edilməsi üçün həssas olan bu dönəmdə səylərin daha təsirli olacağına və Cənubi Qafqazın bütün xalqları üçün davamlı sülhün və rifahın təmin edilməsinə kömək edəcəyinə ümid edirəm”, - təbrikdə bildirilib.

Qeyd edək ki, Nikol Paşinyan 8 mayda Ermənistanın baş naziri seçilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>