Rövnəq Abdullayev Poroşenko ilə görüşdü: Bütün diqqət... | SON XƏBƏR | SON XƏBƏR

Rövnəq Abdullayev Poroşenko ilə görüşdü: Bütün diqqət…

rovneq-poroshenko_300x150Ukraynanın Prezidenti Pyotr Poroşenko və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Kiyevdə Ukraynaya yüksəkkeyfiyyətli aviasiya yanacağının tədarükü və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Görüşdə SOCAR-ın “Türk layihələri”, Ukraynanın bu layihələrə daxil olması və Ukrayna dövlətinin neft emalı kompleksinin inkişaf perspektivləri barədə müzakirələr aparıblar.

“Növbəti il, Türkiyədəki strateji layihələr başa çatandan sonra bütün diqqət Ukraynaya yönələcək, çünki burada inkişaf çox uğurludur. Ukraynada biznesin inkişafı üçün yaxşı imkanlar yaranıb”, - deyə SOCAR prezidenti bildirib.

Görüşdə, həmçinin Ukraynanın şəhərlərinə yüksəkkeyfiyyətli aviasiya yanacağının tədarükü məsələsi müzakirə edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>