Rusiya ABŞ-ın İranla bağlı planını açıqladı | SON XƏBƏR | SON XƏBƏR

Rusiya ABŞ-ın İranla bağlı planını açıqladı

kreml3ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasının əsl hədəfi İranda rejim dəyişikliyidir.

Bunu “Valday” klubunda çıxışı zamanı Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

“ABŞ əvvəlcə deyir ki, davranışlarınızı korrektə edin, sonra bəlli olur ki, korreksiya əvəzinə rəngli inqilab baş tutub. Nüvə razılaşmasında qalan ölkələr fəaliyyət parametrləri barədə razılaşmalıdırlar”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın İranda inqilab niyyəti ilə bağlı Rusiya diplomatları son bir neçə gündə ardıcıl bəyanatlar veriblər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>