Rusiya Balkanlarda güclənir – AB-nin şok hesabatı | SON XƏBƏR | SON XƏBƏR

Rusiya Balkanlarda güclənir – AB-nin şok hesabatı

avropaaaaa_300x177Avropa Komissiyasının Tədqiqat Mərkəzi Balkanlarda təhlükəsizliyin təmin olunmasıyla bağlı hesabatını yayıb.

Hesabatda Rusiyanın Balkanlarda təsirini genişləndirdiyi iddia edilib. Rəsmi Brüsselin fikrincə, “Sputnik” agentliyi Qərbi Balkan ölkələrinə qeyri-bərabər təsir göstərir:

“Son illər Rusiya Qərbi Balkan media məkanında öz fəaliyyətini genişləndirib. Misal üçün “Sputnik” agentliyi hazırda Bosniya və Hersoqovinadakı Serb Respublikasında böyük təsir gücünə sahibdir. Digər platformalar çərçivəsində bu KİV Avropaya nifrət, Rusiya ilə hərbi əməkdaşlığa rəğbət aşılayırlar”.

Hesabat müəllifləri region ölkələri ilə birgə dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi və KİV-in antiavropa təsirinə qarşı mübarizənin artırılması üçün əməkdaşlığın gücləndirilməsi gərəkdiyini qeyd edib. AB-yə bu çərçivədə təkcə dezinformasiya mənbələrinə qarşı mübarizə aparmaq yox, həm də Balkanlarda əhalinin təhsilinin və media savadlılığının artırılmasına yatırım edilməsi təklif edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>