Şirkətlər əməkdaşlarının ağlından keçəni oxuya biləcək - ŞOK YENİLİK | SON XƏBƏR | SON XƏBƏR

Şirkətlər əməkdaşlarının ağlından keçəni oxuya biləcək – ŞOK YENİLİK

uy3_300x169Çinli alimlər şirkətlərdə əməkdaşların rəhbərliklə rahat anlaşa bilməsi üçün beyin impulsları vasitəsilə emosiyalarını izləyəcək.

Sözügedən sistemdən müxtəlif müəssisələrdə əməkdaşların vaxtında fasilə vermək, vəzifələrini vaxtında dəyişdirmək və hətta işçilər arasında istirahət günlərini təyin etmək üçün istifadə edirlər. Bu, müəssisədə iş keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edilir.

Şirkətlərdən biri sözügedən sistemin tətbiqindən sonra şirkət gəlirlərinin 315 milyon dollara qədər artdığını bildirib.

Sistemi tətbiq etmək üçün işçi geyimin bir hissəsinə xüsusi cihazlar quraşdırılır. Bu cihazların köməyilə beyin impulsları nəzarətə götürülür. Texnologiya yalnız istehsalata aid müəssisələrdə deyil, həm də hərbi strukturlarda istifadə oluna bilər. Cihaz və süni intellekt insanın bütün emosiyalarını - qəzəb, həyəcan və ya kədərini də müəyyənləşdirə bilir.

Bu layihə ilk dəfə Ninbo Universitetində hazırlanıb və dövlət yardımı ilə fəaliyyətə buraxılıb. Hazırda ondan Çinin ən öndə gedən müəssisələri və hərbi qurumları istifadə edir. Proqrama nəzarət edən Çen Szinçjou bildirib ki, bu layihənin ətrafa heç bir mənfi təsiri ola bilməz.

Bəzi mütəxəssislər isə layihənin idarəçiliyindən asılı olaraq insanların emosiyalarını idarə edərək onlara mənfi təsir də göstərmək olar.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>