Taekvondoçumuz ikiqat Avropa çempionu oldu | SON XƏBƏR | SON XƏBƏR

Taekvondoçumuz ikiqat Avropa çempionu oldu

radik_isayev_200615_01_280x187Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub. İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.

Kazandakı Avropa çempionatında daha əvvəl Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>