Trampdan dünyanı şoka salacaq qərar: nüvə gücümüz... | SON XƏBƏR | SON XƏBƏR

Trampdan dünyanı şoka salacaq qərar: nüvə gücümüz…

trampp_300x171ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnə məktub ünvanlayaraq iyunun 12-də Sinqapurda planlaşdırılan sammitin təxirə salındığını bildirib.

Ağ Ev rəhbəri bu qərarını rəsmi Pxenyanın son günlər Vaşinqtona qarşı qəzəb və nifrət dolu açıqlamaları ilə əlaqələndirib.

“Uzun zamandır ki, planlaşdırılan görüşün bu dönəmlərdə keçirilməsini məqsəduyğun hesab etmirəm. Sammitin təxirə salınması ilə dünya ictimaiyyəti Yer Kürəsində daimi sabitlik üçün gözlənilən fürsəti qaçırdı. Bir gün sizinlə görüşməyi böyük ümidlə gözləyirəm”, - deyə dövlət başçısı məktubunda qeyd edib.

D.Tramp eyni zamanda məktubunda koreyalıların öz nüvə potensialı ilə fəxr etdiyini dilə gətirib, lakin ABŞ-ın da sarsılmaz nüvə gücünə sahib olduğunu bəyan edib:

“Amma bizimkilər o qədər güclüdürlər ki, əsla istifadə edilməyə ehtiyac olmasın deyə tanrıya dua edirəm”,


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>