Türk nazirdən mühüm Qarabağ mesajı - Foto | SON XƏBƏR | SON XƏBƏR

Türk nazirdən mühüm Qarabağ mesajı – Foto

qenire_(2)_281x187Türkiyənin ən böyük bölgələrindən biri olan qədim Sivas vilayətində Azərbaycan-Qarabağ parkı və Şəhidlər abidəsinin açılışı olub.

Açılışda Azərbaycan və Türkiyə rəsmiləri, Türkiyənin Təhsil naziri İsmət Yılmaz, Sivas bələdiyyəsinin rəhbəri Sami Aydın, Sivas valisi Davud Gül, QHT, KİV nümayəndələri və yüzlərlə yerli sakin iştirak edib.

Türkiyənin Təhsil naziri İsmət Yıldız çıxışında ciddi mesajlar verib:

“Dağlıq Qarabağ hər zaman Azərbaycanın bir parçası olub və olmağa da davam edəcək. Azərbaycan torpaqlarının işğaldan azad edilməsində Türkiyə hər zaman qardaşının yanında olacaq. Azərbaycanın işğal edilmiş torpaqları qısa zamanda azad edilməlidir”.

Millət vəkili Qənirə Paşayeva çxışında Şuşanın işğalı və Xocalı haqqında geniş məlumat verib:

“Bu zülmlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağı zəruridir. Belə abidələr və parklar türk dünyasının dörd bir yanında açılmalıdır. Azərbaycan və Türkiyədə terror və işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik. Birlik-bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq. Bu gün Türkiyədə bu cür parkların, abidələrin açılması çox önəmlidir, eyni zamanda düşmənə mesajdır”.

Qeyd edək ki, Sivasın ən böyük parkı olan Azərbaycan-Qarabağ parkı və Şəhidlər abidəsi millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə yaradılıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>