Türkiyədən NATO-ya Qüds məktubu: Rədd edildi | SON XƏBƏR | SON XƏBƏR

Türkiyədən NATO-ya Qüds məktubu: Rədd edildi

qezza-toqqushma_300x169Türkiyə Böyük Millət Məclisi NATO Parlament Assambleyasına son günlər Qüdsdə yaşananlara bağlı məktub ünvanlayıb.

Bu barədə AKP-dən olan millət vəkili Əhməd Çonkar məlumat verib.

"Fələstin xalqının qanuni hüquqlarını heçə sayan son hadisələr bölgədə sülh, təhlükəsizlik və sabitliyə xidmət etməyəcək. 21 dekabr 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qəbul edilmiş Qüdsün statusuna dair qərar ABŞ-ın bu qeyri-qanuni addımının beynəlxalq cəmiyyət tərəfindən açıq şəkildə rədd edildiyini ortaya qoydu. Tramp rəhbərliyi bu mövqeyində israr edərək, Yaxın Şərqdəki ən əhəmiyyətli məsələnin həllinə zərər verib və İsrail təhlükəsizlik qüvvələri tərəfindən ötən gün keçirilən qətliama yol açmışdır", - məktubda qeyd edilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>