Yaponiyanın iqtisadiyyat naziri Bakıya gəlir | SON XƏBƏR | SON XƏBƏR

Yaponiyanın iqtisadiyyat naziri Bakıya gəlir

italiya-baki1_260x187Yaponiyanın Dövlət Neft-Qaz Şirkəti (JOGMEC) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə (SOCAR) birgə Azərbaycanda perspektivli neft-qaz bloklarında seysmik və geoloji tədqiqatlar aparacaq.

Bu məsələ Bakıda 29 may - 1 iyun tarixlərində keçiriləcək "Caspian Oil & Gas" beynəlxalq sərgisi çərçivəsində tərəflər arasında imzalanacaq anlaşma memorandumunda nəzərdə tutulur.

Yaponiya həmin sənəd çərçivəsində Azərbaycanda kəşfiyyat işləri ilə bağlı preferensial hüquqlar əldə edəcəyinə ümid edir. Sənəd, həmçinin birgə texnoloji işlərin aparılmasını nəzərdə tutur.

Bakıdakı sərgidə iştirak etmək üçün Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Daisaku Hiraki Azərbaycana səfər edəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>