Ən qəribə himnlər: 632 misra, "biladi", "biladi", "biladi"... | SON XƏBƏR | SON XƏBƏR

Ən qəribə himnlər: 632 misra, “biladi”, “biladi”, “biladi”…

igor-siemenihin7_300x169Hər bir ölkənin özünəxas, başlıca mahnısı var ki, bu da himn adlanır. Himn ölkənin əsas özəlliklərini, uğurlarını, mənəvi dəyərlərini xarakterizə edir. Bəzənsə himnin sözləri düşündüyümüz dərin mənanı daşımır. Məsələn, Polşa və Fransanın himnləri aktuallığını çoxdan itirmiş hadisələrdən bəhs edir. Buna baxmayaraq, hər iki ölkənin vətəndaşları üçün himnləri müqəddəs sayılır.

Digərləri üçün qəribə görünə bilən ölkə himnlərini təqdim edirik:

Yaponiyanın himni

Японский гимн испоÐ

Yaponiyanın himni dünyanın ən qısamüddətli himnləri siyahısındadır. Cəmi 5 sətirdən ibarət olan bu mahnının sözləri lap qədimdə yazılmış şeirdir. Bu şeirə 1880-ci ildə musiqi bəstələnir və yapon hakimiyyəti qərar verir ki, himn mütləqdir. Mahnı ölkənin himninə çevrilir. Buna baxmayaraq, Yaponiyanın himni yalnız 1999-cu ildə qanunla təstiq olunur.

Dünyanın ən qısa himnlərindən olan bu mahnı hələ də yapon xalqı tərəfindən tam qəbul olunmur. Belə ki, dövlət himni səslənəndə bəziləri onu ifa etməkdən, hətta ayağa qalmaqdan çəkinirlər. Əminliklə deyə bilərik ki, dünyanın ən qalmaqallı himni Yaponiyaya məxsusdur.

Kanadanın himni

Президент Трюдо решиÐ

Bu ölkənin himni ən ziddiyətli himn sayılır. Dünyanın bir sıra ölkəsində himn mətnləri iki dildədir. Məsələn, Finlandiyada bir mətn fin və isveç dillərində ifa oluna bilər. Kanadanın ingilis və fransız mətnli himnində musiqi eyni olsa da, tam fərqli hadisələr təsvir olunur. İngilis dilli himdə ölkə azad, gözəl şimal məmləkəti kimi verilir. Fransız dilli variantda isə tarixi keçmişindən bəhs olunur.

Yunanıstanın himni

Греки воспевают не страну, а свободу.

Yunanlarsa 632 misralıq poemanı özlərinə himn ediblər. Sonradan ixtisar olunaraq, 96 misra saxlanılıb ki, bu da 24 bənd edir. Vətəndaşlara lap rahat olsun deyə, bütün rəsmi tədbirlərdə yalnız ilk 8 bənd səsləndirilir. Süjet xətti tam təsvir olunmasa da, qısa və lakonikdir.

Misirin himni

Картинки по запросу gimn egipta

Rus turistləri üçün ən qəribə səslənən himn Misirin himnidir. Çünki bu mahnı “Biladi, biladi, biladi” sözü ilə başlayır. Əslində isə "biladi" ərəbcədən tərcümdə "vətən" deməkdir. Eyni sözə BƏƏ-n himnində də rast gəlinir. Misirin himni 1923-cü ildə yazılsa da, 1979-cu ildə rəsmiləşib.

Bəli, bu gün bizim üçün qəribə səslənən onlarla himn var. Lakin onların hər biri öz vətəndaşı üçün əziz və şərəflidir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>