Ərdoğan açıqladı: Bu futbolçunun heyranıyam | SON XƏBƏR | SON XƏBƏR

Ərdoğan açıqladı: Bu futbolçunun heyranıyam

erdogan.jpg1_300x169Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı futbolçu Kristiano Ronaldonun heyranı olduğunu bildirib.

“Gənclik və Texnologiya görüşü” verlişində gənclərin suallarını cavablandıran Ərdoğan dünya çempionatı və Ronaldo haqqında fikirlərini söyləyib. O, Portuqalya və İspaniya qarşılaşmasında Ronaldonun vurduğu 3 qolun əhəmiyyətli olduğunu söyləyib:

"O matçdakı performans hər igidin işi deyil. Xarakter, inanc, həm də Fələstin məsələsində ortaya qoyduğu mövqeyi çox önəmlidir. Ona görə Ronaldonu alqışlayıram".

Ərdoğan Dünya Kuboku ilə bağlı öncədən verdiyi proqnozda yanıldığını da etiraf edib:

“Mən əvvəlcə Almaniya demişdim, amma yanıldıq. Almaniya ilk matçda məğlub oldu. Brazilyanın halı ortadadır. Meksika yaxşı başladı. Bundan sonra belə davam edərmi, bilmirəm”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>