Avropa çempionatı: güləşçilərimiz yarımfinalda | SON XƏBƏR | SON XƏBƏR

Avropa çempionatı: güləşçilərimiz yarımfinalda

yunan_roma_gulesh_280x187İstanbulda keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Güləşçilərimizdən ikisi - Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dolqatov (65 kq) yarımfinala yüksəlib. Yarımfinalda hər iki güləşçimizin rəqibi Almaniya idmançısı olacaq. Əfqan Xaşalov 1/4 finalda Ukrayna pəhləvanı Taras Markoviç üzərində 4:3 hesabı ilə qalib gələrək almaniyalı Viktor Lezin ilə qarşılaşacaq.

Ənvərbəy Dolqatov isə ardıcıl olaraq bolqarıstanlı Dimitar İvanovu (14:4), ukraynalı Andrii Sviridi (10:0) məğlub edərək, növbəti mərhələdə Almaniya təmsilçisi Nikitas Dorna qarşı mübarizə aparacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>