Azərbaycanda azad media formalaşıb - Əli Həsənov | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanda azad media formalaşıb – Əli Həsənov

eli-hesenov1_640x378Bu gün həm nümayiş olunan çıxış və filmdən QHT Şurası 10 ildə böyük işlər gördüyünü deyə bilərik. Şuranın fəaliyyəti qənbaətbəxş hesab edilə bilər.

Bu sözləri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubiley tədbirində çıxışı zamanı deyib.

Ə.Həsənov dövlətin bu məsələdə şuraya dəstəyindən danışıb:

“İndiki və keçmiş Şura üzvləri, Qeyri hökümət təşkilatları vətəndaş cəmiyyəti institutunun əməkdaşlarına təşəkkür edirəm. Prezidentimiz vətəndaş cəmiyyətlərinin inkişafını inkişafımızın əsas şərti kimi dəyərləndirib. Vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətinin əsas təməli hesab edilir. Dövlətimizin inkişafının əsas təməli 1992-93-cü illərdə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1995-ci ildən bu vaxta qədər 15 seçki keçirilib, onların hamısında azad siyasi mübarizə nümayiş edilib. Seşkilərin nəticələri xalqın marağına xidmət edib. 1995-ci ildən ölkəmizdə azad media formalaşıb. Qeyri-Hökümət təşkilatının formalaşması dövlətimizin əsas marağı olub. Bu istəklərin hər birinə nail olduğumuza görə dövlət olaraq qürur hissi keçiririk.

1992-ci il müstəqillik qazanandan sonra dövlətin ilk işlərindən biri Qeyri-hökümət təşkilatları haqqında aktların qəbul olunması idi. Lakin 1998-ci ildə qrantlar haqqında qanun qəbul olunana qədər Qeyri-hökümət təşkilatları necə maliyyələşməsi ilə bağlı mübahisələr var idi.Həmin ilə qədər bu təşkilatların nümayəndələri müxtəlif tərəflərə meyl etdi. Bu gün Azərbaycanda şəffaf şəkildə vətəndaş cəmiyyəti institutunun fəaliyyətini müşahidə edirik. Həm dövlətin ayırdığı qrantlar, həm də xarici ölkələrdən daxil olan vəsaitlər təşəbbüskar insanlar tərəfindən istifadə edilir. QHT sektoru bir məslək kimi formalaşdı. Bu sektorda təşəbbüskar insanlar üçün iş imkanı yaradıldı. 26 illik müstəqillik fəaliyyətimizdə bu sektorun fıəaliyytinə 306 milyon manata yaxın fəsait ayırıb. Bu illər ərzində 4500-dən artıq layihəyə 36 milyona yaxın vəsait ayrılıb. 10 ildə 15 mindən çox insan QHT Şurasının ayırdığı vəsait hesabına fəaliyyət göstərib 30 mindən artıq insan QHT sektorunda özünə məşöulluq tapıb. Dövlətimizin gücünü ölçəndə bu 30 minə ümid bəsləyirik. Onlar dövlətimizə qafşı təhlükələrə sinə gərməkdə məmurlardan az fəal deyillər. Onlar heç siyasi partiyalardan da az dövlətin maraqlarını, qanunların düzgün tətbiqini təlqin etmirlər. Bəzi QHT-lər sırasında xarici donorların dəstəyi ilə dövlətin əleyhinə çıxış edənlər də olub. Bu mediada hiss olunan təcahürdür. Sevindirici haldır ki, mövqeyi sağlam olan qüvvələr QHT sektorunda təmsil olunanların 90 faizini təşkil edir”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>