Bakıda yeni sammit başlayır: “Birgə gələcək qururuq” | SON XƏBƏR | SON XƏBƏR

Bakıda yeni sammit başlayır: “Birgə gələcək qururuq”

sammit_290x187Bakı Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Şura iclası və zirvə toplantısına ev sahibliyi edəcək.

Bakıda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) da üzv olduğu ACRE-nin (The Alliance of Conservatives and Reformists in Europe) Şura iclası və “Birgə gələcək qururuq” adlı sammiti iyunun 8-də keçiriləcək.

Sammit açılış hissəsindən və 6 paneldən ibarət olacaq. Panellərdə müvafiq ardıcıllıqla enerji təhlükəsizliyi, iqtisadi azadlıqlar, rəqəmsal iqtisadiyyat, nəqliyyat daşınmaları, təhsil, yerli idarəetmə ilə bağlı məsələlər müzakirə olunacaq.

“Birgə gələcək qururuq” adlı Bakı sammiti isə iyunun 9-da saat 09:00-da, “Fairmont” otelinin konfrans zalında öz işinə başlayacaq. Sammitdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəsmi şəxsləri, Azərbaycan hökumətinin, Milli Məclisin, Avropa Parlamentinin, Avropa ölkələrinin milli parlamentlərinin üzvləri, beynəlxalq ekspertlər iştirak edəcəklər.

Şura iclası ACRE-yə üzv olan partiyaların toplantısıdır və bu toplantıda ənənəvi olaraq təşkilati məsələlərin müzakirəsi həyata keçirilir.

Qeyd edək ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (The Alliance of Conservatives and Reformists in Europe - ACRE) 2010-cu ildə yaradılıb. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Avropanın sağ mərkəzçi siyasi partiyalarının ittifaqıdır və özündə 33 ölkədən olan 38 üzv və tərəfdaş siyasi partiyanı birləşdirir. ABŞ-ın hakim Respublikaçılar Partiyası, İsrailin hakim Likud Partiyası, Avstraliyanın hakim koalisiyasının üzvü olan Liberal Partiya, Yeni Zelandiyanın hakim Milli Partiyası, Kanadanın Mühafizəkarlar və Mərakeşin İstiqlal partiyaları ACRE-nin regional tərəfdaşlarıdır.

ACRE Avropa Parlamentində 71 deputat təmsil olunur və say tərkibinə görə Avropa Parlamentinin 3-cü ən böyük fraksiyasına malikdir. ACRE-nin təmsilçisi Riçard Çarnetski Avropa Parlamentinin vitse-prezidentidir.

Alyansın prezidenti Jan Zahradil Çex Respublikasından Avropa Parlamentinin üzvüdür.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Avropanın aparıcı siyasi partiyalar ittifaqlarından biri olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı ilə yaxından əməkdaşlıq edir. Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının (AECR) 22 may 2015-ci il tarixdə keçirilən toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəticəsində BAXCP AECR-in 13 noyabr 2015-ci il tarixdə Tunisdə keçirilən zirvə toplantısında qurumun tamhüquqlu üzvü seçilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>