Deputat nüfuzlu media rəhbərləri ilə görüşdü - Foto | SON XƏBƏR | SON XƏBƏR

Deputat nüfuzlu media rəhbərləri ilə görüşdü – Foto

qenire_(1)Millət vəkili Qənirə Paşayeva Avstraliya yayım korporasiyasının aparıcısı Stan Qrant, “SBS Vörld Nyus” kanalının aparıcısı Janice Petersen, “Nyus Korporations” şirkətinin rəqəmsal bölməsinin rəhbəri Nikol Şeffield, “Faynənşl Tayms” qəzetinin Asiya-Sakit okean üzrə baş direktoru Angela Makey ilə görüş keçirib.

Deputat görüş zamanı nüfuzlu xarici media qurumlarının rəsmilərinə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi imkanlarından və Dağlıq Qarabağ problemindən danışıb.

Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadın və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat verib.

Q.Paşayeva qadınların iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlərin gözlənildiyini deyib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>