Fransa Argentinanı mundialdan kənarlaşdırdı | SON XƏBƏR | SON XƏBƏR

Fransa Argentinanı mundialdan kənarlaşdırdı

lionel_messi_argentina_goal_record_300x16918:00

Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə start verilib.

İlk oyun günündə iki görüş keçirilir.

Mundialın favoritlərindən sayılan Fransa Lionel Messinin kapitanı olduğu Argentina millisi ilə üz-üzə gəlir. Ulduz futbolçuların cəmləşdiyi yığmaların oyunu maraqla gözlənilir.

Digər görüşdə isə Uruqvay və Portuqaliya milliləri qarşılaşacaq. Qrup mərhələsində keçirdiyi 3 oyunda qol buraxmadan lider kimi pley-offa yüksələn cənubi amerikalılar Kriştiano Ronaldonun komandası ilə görüşdə də uğurlu seriyasını dava etdirməyə çalışacaq. Qrupdan çətinliklə çıxan Priney təmsilçisi də qələbə əzmindədir.

***

Fransa matçın 12-ci dəqiqəsində Qrizmanın qolu ilə hesabı açdı: 1-0.

***

Argentina matçın 41-ci dəqiqəsində Di Mariyanın qolu ilə hesabı bərabərləşdirdi: 1-1.

***

Merkado matçın 48-ci dəqiqəsində Argentinanı hesabda irəli çıxardı: 2-1.

***

Pavard görüşün 57-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 2-2.

***

Fransa Embampenin matçın 64-cü dəqiqəsində vurduğu qolla hesabda irəli çıxdı: 3-2.

***

Embape görüşün 67-ci dəqiqəsində növbəti qolu vurdu: 4-2.

***

Aquero matçın 92-ci dəqiqəsində fərqi azaltdı: 4-3.

***

Fransa Argentinaya 4-3 qalib gələrək 1/4 finala yüksəldi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>