Güləşçimizdən Avropada böyük uğur | SON XƏBƏR | SON XƏBƏR

Güləşçimizdən Avropada böyük uğur

gules_478767_249x187Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatına yekun vurulub.

Sonuncu yarış günündə Azərbaycan sərbəst güləşçisi Şami Zubairov qızıl medal qazanıb.

92 kq çəki dərəcəsində yarışan Zubairov ardıcıl olaraq, Rusiya və Ermənistan təmsilçilərinə qalib gəldikdən sonra finala yüksəlib. Qızıl medal uğrunda görüşdə isə o, gürcüstanlı rəqibini tam üstünlüklə yenərək, Avropa çempionu olub.

61 kq-da mübarizə aparan Elçin Vəliyev ilk görüşündə rumıniyalıya qalib gəlsə də, yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Vəliyev həlledici görüşdə Türkiyə güləşçisinə yenilərək, çempionatı 5-ci sırada tamamlayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>