Gürcülər ayağa qalxdı: Polislə toqquşma - Foto | SON XƏBƏR | SON XƏBƏR

Gürcülər ayağa qalxdı: Polislə toqquşma – Foto

geo_250x18720:19

Gürcüstanı paytaxtı Tiflisdə yenidən etiraz aksiyaları start götürüb.

Aksiyaya bir sıra müxalif partiya və hərəkatlar da dəstək verir. Məlumata görə, aksiya iştirakçıları ədalət tam bərpa olunana qədər aksiyanı davam etdirməkdə qərarlıdırlar.

Axşama doğru aksiyanın daha kütləvi xarakter alacağı bildirilir.

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tiflisdə 16 yaşlı David Saralidze və Levan Dadunaşvili mübahisə zamanı bıçaqlanaraq öldürülüblər. Məhkəmənin cinayəti törədən şəxsləri qismən təqsirli bilməsi ölənlərin ailə və yaxınlarının ciddi qəzəb və etirazına səbəb olub. Nəticədə Tiflisdə genişmiqyaslı aksiyalar başlayıb. Aksiyalardan sonra ölkənin baş prokuroru istefaya gedib.

***

Aksiya iştirakçıları Tiflisin əsas prospekti – Rustavelini bağlayıblar.

Məlumata görə, etirazçıların sayı 5 minə çatdıqdan sonra prospektin bağlanılması barədə qərar verilib. Polislə baş verən qarşıdurmadan sonra bir neçə nəfər saxlanılıb.

Aksiyada qaldırılan plakatlarda “Öldürmə”, “Cinayətkarları cəzalandır”, “Ədalət tələb edirik”, “Zaza, möhkəm ol” şüarları qeyd edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>