İspaniya çətinliklə İrana qalib gəldi | SON XƏBƏR | SON XƏBƏR

İspaniya çətinliklə İrana qalib gəldi

dc-2018-topu_300x16815:59

Bu gün futbol üzrə Dünya Çempionatında A və B qruplarında maraqlı qarşılaşmalar keçiriləcək.

Günün ilk matçında saat 16:00-da Portuqaliya və Mərakeş millilərinin oyunu başlayacaq. İlk oyunda ulduz futbolçusu Kriştano Ronaldonun 3 qolu sayəsində İspaniya ilə bərabərə qalan portuqalların aktivində 1 xal var. Mərakeş isə ilk oyunda İrana məğlub olduğu üçün xalsızdır.

A qrupunda saat 19:00-da Uruqvay və Səudiyyə Ərəbistanı qarşılaşacaq. Uruqvay qalib gələcəyi təqdirdə Rusiya komandası ilə birlikdə 1/8 finala çıxacaq.

Günün son matçında isə saat 22:00-da İran və İspaniya yığmaları üz-üzə gələcək.

***

B qrupunda Portuqaliya və Mərakeş yığmaları üz-üzə gəlir. Artıq oyunun 4-cü dəqiqəsində Kristiano Ronaldo dəqiq baş zərbəsi ilə Portuqaliyanı 1-0 hesabı ilə irəli çıxardı.

***

Görüş 1-0 hesabı ilə Portuqaliya millisinin qələbəsi ilə başa çatdı.

***

A qrupunda Uruqvay və Səudiyyə Ərəbistanı millisi qarşılaşır.

***

Uruqvay millisi Luis Suaresin matçın 22-ci dəqiqəsində vurduğu qolla hesabı açdı: 1-0.

***

Görüş Uruqvayın minimal hesablı qələbəsi ilə yekunlaşdı. Uruqvay və Rusiya növbəti mərhələyə yüksəldi. Səudiyyə Ərəbistanı və Misir isə turnirlə vidalaşdı.

***

İran yığması İspaniyaya qarşı mübarizəyə başlayır. İlk görüşdə Mərakeşi məğlub edərək qrup liderliyinə yiyələnən qonşu ölkə liderliyini qorumağa çalışacaq.

***

İspaniya matçın 54-cü dəqiqəsində Dieqo Kostanın qolu ilə hesabı açdı: 1-0.

***

İspaniya İrana 1-0 qalib gələrək xalını 4-ə çatdırdı. İran isə 3 xalla 3-cü sırada qərarlaşıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>