Kəndimizin son günü (124-cü yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (124-cü yazı)

TeylorYaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

124-cü Fəsil

Hafizin hər axşam kəndimizin özünümüdafiə dəstələrinin mövqelərində kəndin ararıqlarında da görünməsi yolda, irizdə rastına gələnlərlə görüşməsi camaatdada bir müsbət əhval-ruhiyyə yaradırdı ki, deməli yurdu-yuvanı tərk etmək lazım deyil, Zeynal müəllim dünya boyda kişinin oğlu, özüdə sevimlisi, döyüşürsə deməli saralmış payız yarpaqlarına bənzər ümidlər, hələ tükənməyib, nöyütü qurtaran lampanın işığı tək öləziməyib.

Qanlı əllərində ötən əsrdən qalaraq donan, türkün günahsız qanlarını, təzələməyi, içməyi məqsəd bilən ermənilərin yardımçıları olanlardan sarı özümüzdən olanlara partiya, komsomol qırıqları olan sovet işverənlərinin daim Hafiz kimi oğullardan mərkəzi əlcək kimi dəyişən satqın hakimiyyətlərin başında duranların bambılı Vəzirov, Mütəllibov, Elçibəy hökümətlərinin yerlərdəki funksioner qulbeçələri tərəfindən Hafiz kimi yurdsevərlərə tələlər qurulsada, maneçiliklər törədilsədə damarlarında Zeynal Hüseyn oğlu kimi azman, nər kişinin qanını daşıyan Hafiz Zeynal oğlu tülkü xislətlilərin bəd əməllərindən, məkrlərindən qorxmayaraq, gecəli-gündüzlü silahına sarılaraq Şirin Mirzəyev kimi canlı əfsanənin çiyindaşı, silahdaşı olmaqdan qürur duyaraq qanlı səngərlərə üz söykəyirdi. Kitabımızı zəhmət çəkərək oxuyacaq dəyərli oxucularımıza  incə bir məqamı, nüansı incələmək istəyirəm. Kitabımızın ötən, irəliləyən fəsillərində niyə dünya boyda nər kişidən, Zeynal Hüseyn oğlundan çox bəhs edərik, danışıram, yazıram səbəblər çox sadədir. Bu böyük insana, işıqlı ziyalıya, XX əsrin bütöv Azərbaycanımızın kainata bəxş etdiyi nadir şəxsiyyətlərdən olan, dahi elm, sənət bilicisindən, filosofundan yazılar, deyiləsi, qalın-qalın kitablara, çəkiləsi filmlərə böyük ehtiyaca bu kitablara baxdığım qədər qarşılıq vermək istəyirəm. Zeynal Hüseyn oğluna, bu böyük ürək sahibinə, nəhəng kişiyə sarı özümüzdən olanların, konkret olaraq, milli kimliyimizə düşmən olanların Sadıq Murtuzayevin və onun kimilərinin tsğşırığı diqtəsi ilə namərdlik edənlərin başa düşürük, dünya yaranandan xislətlərinə uyğunluqdan irəli gəlib və zaman-zaman belələrindən başqa heçnə, yəni yaxşı əməllər gözləmək inanılası deyil, dədələr demişkən: südlə gələn sümüklə çıxar.

Belə pisliklərdən başqa nə gözləmək olar ki, Anadolu türklərinin bu deyimi onların boyuna biçilib, südü pozuqdular, yəni əmdikləri ana südüdə xarab olub, qısası belədir. Onlardan, bu insan cildinə girmiş buqələmunlardan başqa yaxşı nəisə gözləmək sadəlövhlük olardı, yaxşı bəs uzun illər Zeynal Hüseyn oğlunun dünya boyda səxavətindən bol-bol dadanlar, geniş həyət-bacasında yalmananlar, bir salamına, gözucu baxışlarına tuş olmaq üçün günlərlə idarəsinin qarşısında güdükdə duranlara, uzun illər tələbəyində, nə bilim, nələrində bu kişinin pulu, rapası ilə ailəsini saxlayanlar, aldığı kostyumları ilə, ayaqqabıları ilə az qaıa ömürlərini yola verənlərə nə oldu niyə bu kişiyə, çaqqal, tülkü dəstələri qarasına, kölgəsinə hürüşəndə niyə susdular, səslərini çıxartmadılar, nə tez unutdular onun böyüklüyünü, saysız yaxşılıqlarını? Yəqin ki, dünyanın həyat adlı möcüzələsi bərqərar olanlar olurdu, yaşadınsa varsansa qüdrətlisən, öldünsə, qara torpağa üz söykədinsə elədiklərində, özünlə bərabər basdırılır, dəfn edilir sanki. Amma belə bədbəxtlər anlamaq zorunda deyillər ki, Zeynal müəllim, Fətiş müəllim, Seyid Mirəli və digər eldən gedən kişiləri dünya boyda işıqlı əməlləri ilə dünya durduqca yaşayacaq, həyatın hansı bir döngəsində xatırlanıb, əfsanəyə dönmüş ömürləri tarixləşib, əbədiləşəcəkdir.

Belələri, anam demişkən belə yalotu bioloji varlıqların onları, yaşadıqları nurlu ömürləri işıqlı meteorit bənzərli kişilərin nə sağlıqlarında, elə ölümlərindədə müdafiəsinə ehtiyacları olmasada sadəcə xatırlatma etməli oldum, yəqin ki, düz, birmənalı, bir bucaq altından baxışlarını, analizimə oxucularımızda anlayışla qarşılayaraq olanları yazdığımı təsdiq edəcəklər. Hə, Hafiz Zeynal oğlundan danışırdıq. Dünyanın tək, bizlərin isə çoxluq təşkil etdiyi kainat, həyat adlı möcüzədə o günlər, illər, aylar, həftələr, saatlar, dəqiqələr, saniyələr idi ki, Ağdamlı, Ağdam ağappaq, alça çiçəkləri, bəxtəvər günlərini yaşayır, xoşbəxtliyin dadını çıxardırdıq hamımız. Həftənin elə günü olmazdı ki, Hafiz kəndə gəlməsin, ağsaqqallarla, ağbirçəklərlə, tay-tuşlarla şirin-şirin görüşməsin, dərdlərinə, sərlərinə qalmasın, rayon mərkəzində hansısa harınlamış sovet məmurundan arası müşkülləri olsa heç nüfuzlu atasına bildirmədən öz kanalları ilə həll edərək sağ olu da gözləmədən ən əsası isə duzlu, məzəli camaatın çox istədiyi rəhmətlik Ehtiramın pivəxanasına baş çəkərək çatışmamazlıqları ilə maraqlanıb azından bir qırmızı sovet onluğunun başından keçməsin.

Kənddə hansı qapıda toy mağarı qurulardısa əgər həmin vaxt təsadüfdən yada zərurətdən yolu Qarqardan bəri düşsə Hafizə dəvət lazım deyildi, ərklə toy qapısını açar, nəmər siyahısına atasının adına layiqli pay, xələt yazdıraraq xeyir-dua verərək yemək-içməyə də oturmadan bir az toy mağarında əyləşər, camaatla görüşdükdən sonra qəfil gəlişi kimi gedişi də bilinməzdi. Hafizin böyük ürəyindəki Ağdam sevgisi bölünməz, paylaşmaz idi, kimin həddi nə idi Bakıda, digər güzarı düşdüyü yerlərdə Ağdam, Ağdamlı haqqında  nə isə münasib söz işlədilə, böyük qanqaraçılıq, dava-dalaş düşər səhv edənin üzrü, peşmançılığı özünə bəs eləyərdi.

Zəmanənin adamı da bilməyən, zamanın damarlarına düşməyən Hafiz Zeynal oğlunun qaçqınlıq illərində ömür boyu qoruduğu müqəddəs Ağdamlı adına deyilən sonsuz həqarətləri eşitməmək üçün hansı mənəvi zülmlərə, məşəqqətlərə sinə gəldiyi başadüşüləndir, yəqin. Kitabımızın gələn fəslindədə türk tələbə ilə Nonadan bəhs etməyərək bu həqiqətlərə işıq tutacağıq, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>