Kəndimizin son günü (125-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (125-ci yazı)

TeylorYaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

125-ci Fəsil

Arada Hafiz Zeynal oğlu ilə bir neçə dəfə Bakıda görüşdüm. İri gözlərinə Ağdam boyda həsrət çökmüş zamanın adamı olmayan, iş dünyası zəngin bu şəxsiyyətini həmişə uca tutmağa çalışan, ən çətin, kritik vəziyyətlərdə belə əyilməzliyini qoruyan yaşıdımla yarım əsrdən üzü yoxuşa, ömrün zirvəsinə iz qoyan Hafiz Zeynal oğlunun sözünün, kəlməsinin başlanğıcı, bitməsidə uçunan yurd-yuva həsrəti, Ağdamlı Ağdam qubarı, Novruzlu həsrəti, nisgili, qəm-güssəli, sanki bir daha gülməyəcək gözlər. Özüdə canından artıq sevdiyi, Ağdam, Novruzlu mövzusunda təskinlik verməyin absurd olduğu Hafiz Zeynal oğluna tək arzulaya biləcəyim bir diləklə, niyyətlə: Onunda həyat hekayəsinə hələlik son qoyuram. Tanrının möcüzəsi olanda olur, amma bu dəfə həqiqətə çevriləcək möcüzədə Ağdamda, Novruzluda görüşənədək əziz qardaşım! Həqiqətlərin anlamı yaman ağır olur. Üzü doxsanlara gedən Ağdamda, Qarabağda elə hadisələr olurdu ki, əlin üzündə qalmaqdan savayı əlac qalmırdı.

Ağdam camaatı qoçaq, işgüzar, fitnəyə-felə uymayan toplum idi. Bu bic-bəzzatlığın nə olduğunu bilməyən, birazda sadəlövh Ağdamlılara sırınan gəlmə raykom katibləri əvvəl qazlı olar, az keçməmiş, hələ öləziməmiş dizi təpərli kişilər tərəfindən, necə deyərlər təkərləri deşilərdi. Amma insaf xatirinə deyim ki, onların heçbiri Ağdama, Qarabağa Sadıq Murtuzayev qədər əl altından ziyanlıq vuraraq rayonun təmiz, mənəvi, saf havasını zəhərləməmişdilər. Bu həqiqət gecdə olsa aydınlaşıb, incələnməli, gələcək nəsillərə çatdırılmalıdır. Ağdamın erməni işğalına gedən yolunun ilk nişanları Murtuzayevin rayona rəhbərlik elədiyi illərdən çəkilmiş və məkrli planlar cızılmışdı. Usta, intriqant, ambisioz, hakimiyyət hərisi adam əl altından gördüyü qaranlıq, məqsədli işləri fon yaratdığı, qurultulu blef layihələrlə Gülablı meşələrini qırdırıb sanatoriya korpusları, Ergi düzündə Don Kixotsayağı yalançı dəyirmanlara bənzər tikililərə, özünün və gələn qonaqlarının istirahətindən ötrü qızıl balıq hovuzları, nələr, nələr, bu işlərə ayrılan küllü vəsaitlər rayon büdcəsindən talayaraq güclü iqtisadiyyatı olan rayonu demək olar ki, çökürdürdü.

Ən faciəli zərbəni isə Sadıq Murtuzayev rayonun mənəviyyatına vuraraq, total demoqoqiyanın, ələbaxımlığın əsasını qoyaraq, zəhərli toxumlar səpərək münbit şaitinə rəvac verdi. Üstündən bir neçə on illiklər keçsədə adamın Ağdam torpağına məkrli, hiyləgərcəsinə səpdiyi bu zəhərli toxumlar o illərdə əlinin altında yatızdırıb gələcəyə, inkişaflı müxtəlif sahələrə gec partlayan minalar kimi basdırdığı bugündə mühim vəzifələr daşıyan kadrları tərəfindən daha da çoxaldırılaraq mərt Ağdam camaatının bir kəsiminin belə sağalmayan mərəzə, mübtəla edərək yoxuldurdular.

Dediklərimə aydınlıq gətirmək istəyirəm: Bugün Ağdamın inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Dövlət Başçısının daim diqqət və qayğısı altında olan Ağdam rayonunu sözün əsil mənasında, sovet dövründə Murtuzayevin əlindən su içmiş, onun keçmişdə yetişdirib Ağdamlıların başbəlasına çevirdiyi, bugün hələlik məsul postlarda əyləşən kadrları çapıb-talayırlar desəm yanılmaram. Əslində nə baş verir, Ağdamda bugündə total demoqoqiyanın bir qrup, ələbaxımlığa məqsədli şəkildə öyrədilmiş müftəxor yazıb-pozan, yəni məsul təşkilatlara məlumatlar ötürən kimi ad çıxardaraq əməlli-başlı pul qazanırlar.

İşin sxemi, detalları çox sadə bir məntiqə əsaslanır, korrupsiyaya uğramış, rüşvətə qurşanmış idarə müdirini əsaslı faktlarla yaxşı təşkilatlanmış bu dəstənin üzvləri gözünü qorxudub adamı necə deyərlər aylıq haqqa, tasa oturdurlar. Hər ay həmin susdurduqları müdirin təşkilatındanda aylıqlarını, (təbii, qarşılıqlı anlaşmaya əsasən veriləcək məbləğ müəyyənləşəndən sonra) səliqəli şəkildə uzun illər almaqda davam edirlər. Murtuzayevin dövründə belələrinə materiyalbazlar, bəzəndə rusca, anonimşiklər adlandırsalarda indi bu adamlar daha sivil qaydada aşkarlıq şəraitində hərəkət edərək, heç nədəndə çəkinmirlər. Belə mənəviyyatsız adamlar icra başçısınada sərf etdiyindən onları yemləyərək daim nəzarətində, əlində saxlayır. Səbəblər çox sadədir, icra başçısı ona baş əymək istəməyən, hərracı geciktirən idarə müdirlərini ram etmək, qorxutmaq bu iki ayaqlı zəlilləri qaraladığı o obyektin üstünə salaraq istədiyinə razı salardı. Kitabımızın gələn fəslindədə bu ağrılı mövzuları incəyəyəcəyik, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>