Kəndimizin son günü (126-cı yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (126-cı yazı)

TeylorYaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

126-cı Fəsil

Zamanında sadəlövh insan olan, Nizami Sadıqovun yanına yerləşdirdiyi adamları vasitəsi ilə onun ayaqlarının altını qazaraq azartlı oyunlarından, yəni qumar məclislərindən (bu bədbəxtində möhkəm qumarbaz olduğu hələdə Ağdamda, Quzanlıda qotazlı lətifələrin mövzusudur) silsilə video disklər hazırladaraq məsul məqamlara ötürməklə adamı dəbdəbəli kreslosuna həsrət qoyaraq, necə deyərlər öz yolunu açdı. Kitabımızın fəsillərinin yazılışı, dərci, müxtəlif zaman kəsiyini əhatə etdiyindən bəlkədə bu fəsillər işıq üzü görəndə Raqub Məmmədovda Sadıq Murtuzayevə qovuşaraq onunla dənizkənarında təqaüdçü qocaların sırasında nərd atmağa yer axtara-axtara qarşıda onu gözləyən ədalət divanındakı verəcəyi cavablara kumirindən məsləhətlər alaraq əndişələrdən, qorxulardan qovrulacaqdır. Ədalətin gec-tez qələbə çalacağı həmişə realdır. Eybi yox, bizdə Raqub Məmmədova vəfa borcu söz veririk ki, onun səsli-küylü, çoxlu zərərçəkənlərin zalda oturmağa yer tapmayacağı məhkəmə proseslərindən xəbərləri tirajlayacağıq.

Ötən fəsildə müasir Ağdam donosçularından bəhsə davamdan əvvəl onların varisi olduqları sovet dövründəki məsləkdaşlarının iş üslubundan danışaraq, qayıdaq onlara, aralarındakı fərqlərin detalları incələyək. Sovet döbəmində, materialbaz, anonimşik adlanan bu şəxslərdən rəhbər vəzifələrdə işləyənlər, ticarətçilər, ictimai iaşə obyektlərini işlədənlər, bir sözlə zamanın damarını deşərək inək əmcəyi kimi sümürməyi bacaranlar, ütük adamlar onlardan oddan qorxan kimi çəkinərdilər. Səbəblərdə çox sadə idi, insanları qorxu altında saxlamağı həmişə ön planda saxlayan sovet quruluşu şübhə toxumundan, yəni az qala qardaşın qardaşdan, oğulun atadan iş verməsini, xəbərçilik etməsini adi həyat normasına çevirdiyindən allı-güllü yalanlarla bəzənən donos məktublarınıda ciddiyə alaraq yoxlanılmasını qanuniləşdirmişdilər. Uydurma imzalarla göndərilən belə donosların yoxlanılmasında əsas prinsipin sxemi çox sadə idi.

Donos ünvanına çatan kimi obyektə (məktubda göstərilən) yoxlamağa əməkdaşlar göndərilir, təbii ki, hər bir işin əsasında mütləq saxta nələrinsə olması labüdlüyündən, rəhbər şəxslə danışıqlar, (rüşvət bazarlaşması uğurlu alınanda) məktubda olan hansısa bir kənd sakininin uydurma adı, soyadı yazıldığından, əvəzinə imza edildiyindən, o şəxs əgər kənddə qeydiyyatdan keçərdisə çağırıb izahatını alardılar ki, o yazmayıb xəbəri yoxdur, donosunda anonimliyi təstiqini tapar, yoxlayıcılarda məlumatın çəkisinə görə rüşvətlərini alıb gedər, məsələdə qapanardı.

Xata soruşandan sonra gəlib izahat verənədə görüm-baxım edərdi, materialbazın zavalına gələn həmin xeyli xərcə düşən insan. Ağdamda ötən əsrdə hər kənddə bir neçə belə adamlar bu işi özlərinə peşə edərək əməlli-başlı dolanardılar. Adı materialbaz kimi çıxan adamlardan azca qazana bilənlər, qorxub çəkinər, vaxtlı-vaxtında payını-pülüşünü göndərərdilər, belələrinin qələmlərinin qəzəbinə tuş gələrək əlavə xərcə düşməsinlər. Paylarda müxtəlif olardı, briqadirlər bağların məhsulundan, ferma müdirləri süd, qatıq, pendir, ət, ələf, heyvan yemi, toyuq-cücə dəni, bəzən faraş beçələrdən, mağazaları işlədənlərdə gübdəlik tələbat mallarından yağ, düyü, qənd, çay, nələr, nələr, şərab zavodundanda spirt, konyak, çaxır nə istəsələr materialbazlara göndərərdilər ki, təki qulaqları dinc olsun, zibilə düşməsinlər. Bizim kənddə ki, materialbazların işi lap aləm idi. Elələri var idi qardaş, qardaşla, xalaoğlu, əmioğlu bir birləri ilə az qala qanlı-bıçaq olar, ömür boyu küsülü olardılar. Səbəblər çox sadə olardı, qohumun biri azca qazanan olardısa, məlum sənəti işlədən qohum ona tas qoyar, hesaba oturtmaq istəsədə qarşı tərəfin müqaviməti olanda, ucu güləbətinli imzasız məktubların uzun sırası başlar aləm qarışardı. Məktubları xəttləri tanınmasın deyə əksər vaxt qonşu kəndlərdən olan özləri kimilərin uşaqlarına yazdırıb rayon mərkəzindəndə yox Əskərandan, Stepanakertdən yola salmağa belə ərinməzdilər. Birdə niyə ərinsinlər ki, buda onların işi idi, çörək qazanırdılar, ev-eşik tikib qurur, qız köçürüb, oğul evləndirib, bütün məsrəflərini qarşılayır, əməlli qazanırdılar. Amma bir məsələdə var idi ki, oda artıq belələri üçün adiləşmişdi, qulaqları eşidə-eşidə edilən qarğışları, söyülən söyüşlərin onlar üçün fərqi yox idi. Bu işə başlayanda mənəviyysatları pozulmuş belələrindən ötrü bütün müqəddəs dəyərlər arxa plana keçərək ancaq yaxşı yemək, birdə asand qazancın dumanları gözlərini tutaraq bağlayırdı. Materialbazların yuxarıda dediyim başqa qonşu obalarda özləri kimi sadiq peşə dostları olurdu ki, qarşılıqlı anlaşma, karusel üsulu ilə işləyərək qazanardılar, yəni, bizim kənddə ki, materialbazın qonşu kənddə ki, həmfikirinin yaxınlarına yazdırıb imzalatdığı, yola saldığı anonim məktubun müqabilində o adamada laızm olanda bizim kənddən olanınkılara yazdırıb gün-güzaran sürər, söyüşləri, qarğışlarıda bölüşərdilər. Sovxozumuzdan ştatda adları gedərək o dövrün dəyərli pulunun məzənnəsi ilə əməlli-başlı maaşlarda alar, iş yerlərinidə tanımayaraq, bütün güzəştlərdən, imtiyazlardan belə olmalıymış kimi əməlli bəhrələnərdilər. Dünyanın tək bizlərin çox olduğu, həyat adlı tanrı möcüzəsində elə qəribə işlər, olaylar baş verirdi ki, az qala adamın əli üzündə qalırdı. Özüdə indi ki, müasir demaqoqiyanın əsasları ilə ötən əsirdəkini müqayisə edəndə əməlli fərqlər ortaya çıxır, təzadlar az qala gözə girərək özünü hər addımda biruzə verir. Nədir bu fərqlər, ötən əsirdə ki, anonim yazanlarda heç olmasa azda olsa abır-həya qaldığından özlərini elədə çox biruzə verməz, bu qədim peşənin bənzərinin gizli deşifrə olunmayan variantlarına üstünlük verərdilər. Kitabımıın gələn fəslidə maraqlı olacaq, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>