Kəndimizin son günü (127-ci yazı) | SON XƏBƏR | SON XƏBƏR

Kəndimizin son günü (127-ci yazı)

TeylorYaddaşımızda, gözlərimizin didəsində dəfn olunmuş Novruzlunun əziz xatirəsinə.

Eyni adlı kitabımızdan fəsillər.

127-ci Fəsil

Kitabımızın geridə qalan fəslində sovet materialbazları ilə, müasir dünyamızdakıların fərqindən danışır, təzadlara aydınlıq gətirməyə çalışırdıq. Ötən əsirdəkilər kölgədə qalmağı tam bülövlənib axırı görünməyən abırlarını qorusalarda indikilər dəhşətdir. İdarə müdiri səhər tezdən kabinetinin qapısını açmamış qarğa-quzğun dəstələri kimi toplanan belələri şəstlə gözləmə otağında dayanmadan içəri keçər, elə hərəkət edərdilər ki, sanki icra başçısı Raqub Məmmədov yox, onlardır. Birdə qınanılası deyil axı, aqronom-polkovnik özü onlardan tük salaraq rayona, əhalinin ehtiyaclı təbəqəsinə dövlət tərəfindən səxavətlə ayrılan vəsaitləri, nələri, nələri belələrinə dədəsinin malı imiş kimi səxavətlə ayıraraq tikilən mənzillərdən bol sulu, əkinə yararlı, münbit torpaqlardan pay ayıranda ağına-bozuna baxmır ki, təki ağızları yumulsun, ora-bura gəzib topaladıqları faktları ötürməsinlər.

Quzanlıda, belə məlum dəstələrin üzvləri olanların mağazaları, moykaları, təmir sexləri, kafe-çayxanaları, fermaları, Ergi düzündə artezianların altında hektarlarla əkinə yararlı sahələri olduğu rayon əhalisinə yaxşı məlumdur. Fermalarında minlərlə qoyun-quzuları, mal-qaraları olan bu adamlardan Raqub Məmmədovun çəkinməsinin əsas səbəblərindən biri əksəriyyətin bildiyi qaranlıq nəsnələri belələri bir azda çox bilərək əllərində hücum variantı kimi saxlayaraq lazım olanda istifadə edirlər. birdə eşidirsən ki, başçının kabinetində vacib şəxs olduğundan saatlarla uzaq kəndlərdən, ətraf rayonlardan, paytaxtdan hansısa vacib bir işə, sənədlərlə bağlı yol qət edib Quzanlıya üz tutanlar axşama qədər aqronom-polkovnikin cüssəli köməkçisinin qüddüyü kabinetinə yaxın düşə bilmirlər. Soruşanda da: vacib adam var yanında, qısa, boz cümlələrdən əli üzülənlər axşam iş vaxtı qurtaranda kabinetdən yanındakını qabağa buraxıb çıxan Raqub Məmmədovu görəndə əlləri üzlərində qalır ki, ayə gör nə günə qalmışıq ki, səhər saat doqquzdan qılçalarıma qara su enərək gözlədiyim vaxt, dərdimi-odumu deməyə mənə beş dəqiqə vaxt ayırmayan "başımızın böyüyü" demə bu dılğırla laqqıltı vururmuş. Bax budur paradoks, aqronom-polkovnikin, əndərbadi, qəliz, özünə məxsus iş üsulları. abırlı həyalı köməkçidə beləsindən ötrü göləyən ləyaqətli bir ziyalını, abırlı insanları incitdiyinə görə, utandığından adamın üzünə baxmağa da xəcalət çəkir.

Aqronom-polkovnikin əndərbadi, özünəməxsus iş üsulundan bir nüansa aydınlıq gətirməklə dəyərli oxucularım özləridə yəqin dəfələrlə rastlaşdıqları idarə etmədə Raqub Məmmədovun yaratdığı belə metodları özləridə təsdiq edərlər. İnsaf xatirinə deyək ki, Nizami Sadıqov belə adamlara üz verməyərək, nəyinki yaxınına, heç icra hakimiyyətinin binasının həndəvərinədə yaxın buraxmazdı. Təbii ki, Nizami Sadıqovda talançı idi, dövlət vəsaitinin, xalq malının qənimi olsada, belələrindən çəkinməzdi. Raqub Allahverdi oğlu isə rayonu belələri ilə azqala şərik idarə etməsi barədə dolaşan anekdotlardan bir neçə kitab bağlamaq olar. Novruzlunun materialbazları fərqli xarakterlərə malik idilər. Əgər kimsə xoşlarına gəlməzdisə, salamı azca ləngidib verərdisə həmin günün səsi özünü çox gözlətməz birdə eşidərdin ki, filankəsin həyətini-bacasını ölçdülər, tövləsin, taxtasının, şalbanının sənədlərini sovet OBX-ri yoxlaya-yoxlaya nəisə ilişəsi məqamdan yapışıb qurdalayaraq xeyli pulunu alaraq salam-kəlamı vaxtında vermək dərsini keçərək razı şəkildə işlərini qurtarardılar.

Mənim danışdığım türlü olayların ötən əsirdə, sovet dönəmlərində, kəndimizin bəxtəvər günlərində baş verənlər olduğunun yəqin ki, fərqinə vardınız belə olaylar o qədər baş verirdi ki, camaata adiləşdiyindən, sakitcə qarşılanar, əlacları növbəti pis-pis söyüşləri azacıq gecikmiş zəhrimar salama onu zibilə salmış məlum materialbazın belə söyüşlərə öyrənişəcəkli ünvanına göndərsələrdə nə xeyri, necə deyərlər olan olmuş, sovet OBX-nin dibləri dərin torbalarıda dolmuşdu. Belə qəfil, gecikmiş salamların zavalına tez-tez tuş olanlardan biridə özü ötkəm, bu materialbazlara çəkinmədən açıq-aşkar söyən, Qasımov İnkişaf Əliş oğlu olardı. Birdə görərdin rəhmətlik Qaragilə hövlü dərəni keçərək atası evinə qaçır ki, qardaşlarından kimisə çağırsın ki, bəs qapıya OBX gəlib. Adətən səhər-səhər 79-33 AQA nömrəli ağ Moskviçi ilə rayon mərkəzinə çörək qazanmağa gedən Qasımov İnkişaf Əliş oğlu bir axşam kəndə qayıtdığından bu vaxtlar çətin tapmaq olardı onu, mobil telefonun olmadığı dövrdə, əlac gözləməyə qaldığından sovet OBX-ri oturub çörək yeyib, çay içər vaxtı öldürərdilər. Nəhayət qaş qaralana az qalmış ağ Moskviçin məlum siqnalı eşidiləndə darvazaya qaçan Qaragilə darvazanı aça-aça başıyalovlu bəd xəbəri çatdırardı ki, bəs OBX gəlib. Rəngi qaralan Qasımov İnkişaf Əliş oğlu: dünən döngəni keçəndən sonra gördüm evi yıxılmışı, həmişə yalandanda olsa başımı yelləyərdim, mərdiməzar oğlu mərdiməzar, deyə söyərək maşını həyətdə ki, divara söykək üstü şiferli qaraja saldıqdan sonra evə keçərdi. Ömür boyu şərə-şur işlərdən uzaq olan Qasımov İnkişaf Əliş oğlu qayınlarından biri ilə, (Qaragilənin əlinə hansı keçmişdisə) üstünə qıraqları saçaqlı, qırmızı məxmər süfrə salınmış stolun arxasında oturaraq Allah verəndən yeyərək təzədəm, üstündə filə nəisə deyən, başı çalmalı hindlinin şəkli olan çay içə-içə obyekti gözləyən OBX-lə görüşüb, stulu çəkib oturardı. Qaragilənin evinin qarşısından çay süzdüyünü görən qardaşı stəkanı alıb yeznəsinin qarşısına qoyduqdan sonra: Qağa mən gedim, özün gəldin, deyərək səhərdən bir yerdə olduğu, çörək kəsdiyi OBX-lə mehribancasına sağollaşıb çıxardı. Kitabımızın gələn fəslində də əhvalatın ardı, nələr, nələr.

Teylor Fətişoğlu

Ardı var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>