Makedoniya NATO-ya üzv olmaq üçün adını dəyişdirdi – Tarixi anlaşma | SON XƏBƏR | SON XƏBƏR

Makedoniya NATO-ya üzv olmaq üçün adını dəyişdirdi – Tarixi anlaşma

adini_deyisdirdi_300x169Yunanıstanla 6 aydır davam edən danışıqlardan sonra Makedoniyanın Baş naziri Zoran Zayev ölkəsinin adının dəyişdirilməsinə razılıq verib.

Ölkənin adı bundan sonra Şimali Makedoniya Respublikası (Republika Severna Makedonija) adlandırılacaq.

Bundan sonra Yunanıstanın Baş naziri Aleksis Çipras Makedoniyanın Avropa İttifaqı və NATO-ya üzvlüyünə əngəl olan vetonu geri götürəcəyini açıqlayıb. Tərəflər arasında anlaşma iyunun 16-da imzalanacaq.

Anlaşmaya əsasən, ölkənin adının dəyişdirilməsi ilə yanaşı, Makedoniya Konstitusiyasında Yunanıstan əleyhinə olan maddələr çıxarılacaq.

NATO-nun Baş katibi Yens Stoltenberq Yunanıstan və Makedoniya arasında ad probleminin həll edilməsinin tarixi hadisə olduğunu bildirib.

O, bununla Makedoniyanın NATO-ya yolunun açıldığını da qeyd edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>