Qazaxıstan yığmasının baş məşqçisi millimizi təriflədi | SON XƏBƏR | SON XƏBƏR

Qazaxıstan yığmasının baş məşqçisi millimizi təriflədi

stanimir-stoilov_300x180Futbolçuların əhval-ruhiyyəsi normaldı. Stanislav Luninlə bağlı problem var. Digər futbolçuların hamısı qaydasındadı. Uşaqlar ən yaxşı keyfiyyətlərini göstərməyə çalışdılar. Bərpa işlərinə böyük diqqət göstərdik. Sabah yaxşı oyuna ümid edirəm.

Bu sözləri Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov deyib.

Qazaxıstan Stoilovun rəhbərliyi altında ilk oyununu sabah Azərbaycan millisinə qarşı keçirəcək. Yeni çalışdırıcı yerli mətbuata müsahibəsində qarşılaşmaya hazırlıqdan danışıb.

- Qazaxıstanla Azərbaycanın gənclər yığması arasında keçirilən yoldaşlıq görüşü sizdə necə təəssürat yaratdı?

- Yaxşı oyun keçdi. Futbolçuların çıxışına qiymət verəcək məşqçilər var. Gənclər arasında özünü yaxşı tərəfdən göstərənlər oldu. Lakin üzərlərində hələ çox çalışmalıdılar.

- Azərbaycanla oyunda sizin üçün açar rolunu nə oynayacaq?

- Meydanın hər iki yerində kollektiv oyun göstərmək lazımdı. Hər məşqçi hücum futbolu istəyər. Ancaq mənim üçün balansı qorumaq daha vacibdi. Bununla bərabər kombinasiyalı futbol göstərmək lazımdı. Azərbaycan ağıllı futbol oynayan etibarlı komandadı. Ötən dəfə də demişdim ki, bu ölkələrdə futbolun inkişafı davam edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>