Qusarda silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib | SON XƏBƏR | SON XƏBƏR

Qusarda silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

silahQusar rayonunda silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib.

Bu barədə İdeologiya.az-a Qusar Rayon Prokurorluğundan məlumat verilib.

İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>