Rusiya Səudiyyəni darmadağın etdi - 5:0 | SON XƏBƏR | SON XƏBƏR

Rusiya Səudiyyəni darmadağın etdi – 5:0

futbol22 (1)_280x18717:13

Bu gün Rusiyada futbol üzrə XXI dünya çempionatına start veriləcək.

32 komandanın qatıldığı çempionatın açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da Moskvanın “Lujniki” stadionunda baş tutacaq.

Açılış mərasimindən sonra saat 19:00-da “A” qrupunun iki komandası – Rusiya və Səudiyyə Ərəbistanı qarşılaşacaq.

Oyunu Argentinadan olan hakim Nestor Pitana idarə edəcək.

***

Moskvadakı “Lujniki” stadionunda futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasiminə start verilib.

Dörd il əvvəl Braziliyadakı mundialın finalında Mario Götzenin Almaniyaya qələbə gətirən qolundan düz 1432 gün sonra dünya futbolunun qəlbi Moskvada döyünməyə başladı.

Futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasimində ingiltərəli məşhur müğənni Robbi Uilyams və rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina möhtəşəm ifaları ilə arenaya toplaşan azarkeşlərə unudulmaz anlar bəxş edirlər.

Qeyd edək ki, açılış mərasimindən sonra keçiriləcək ilk oyunda “A” qrupunda yer alan ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edəcək.

Dünya çempionatında 32 milli komanda mübarizə aparır. Millilər hər birində dörd komanda olan səkkiz qrupda yer alıblar:

“A” qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay;

“B” qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran;

“C” qrupu: Fransa, Avstraliya, Peru, Danimarka;

“D” qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya;

“E” qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya;

“F” qrupu: Almaniya, Meksika, İsveç, Koreya Respublikası

“G” qrupu: Belçika, Panama, Tunis, İngiltərə;

“H” qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya.

Hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaqlar.

Dünya çempionatının qrup mərhələsinin oyunları iyunun 14-dən 28-dək keçiriləcək. Bir günlük istirahətdən sonra - iyunun 30-da start veriləcək səkkizdəbir final mərhələsinə iyulun 3-də yekun vurulacaq. İyulun 4-ü və 5-i çempionatda növbəti istirahət günləri olacaq. İyulun 6-da və 7-də dörddəbir, iyulun 10-da və 11-də yarımfinal görüşləri keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

***

Futbol üzrə Dünya Çempionatının rəsmi açılış mərasimi başa çatıb.

Mərasimin keçirildiyi "Lujniki" stadionunda Rusiya Prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər.

Açılışın ardınca DÇ-2018-in ilk oyunu keçiriləcək.

***

Rusiya-Səudiyyə Ərəbistanı matçı başlayıb.

Məlumata görə, 12-ci dəqiqədə Rusiya millisinin oyunçusu Qazinski baş zərbəsi ilə hesabı açıb: 1 - 0.

***

43-cü dəqiqədə Çerişev komandasına növbəti qolu qazandırıb: 2 – 0

İlk hissə rusların üstünlüyü ilə bitib.

***

Əvvəlcə, Dzubanın, ardınca isə yeni Çerişevin qolu ilə fərq 4-ə çatdırılıb.

***

Moskva şəhərinin "Lujniki” stadionunda baş tutan qarşılaşma rusların 5:0 hesablı qələbəsi ilə başa çatıb.​

Goal! 1-0 to Russia. Gazinsky scores the first goal of the 2018 World Cup. pic.twitter.com/6ZpBCP7pPm

— World Cup 2018 (@WCGoalz) June 14, 2018


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>