Şəhid polkovnikə həsr edilmiş filmin təqdimatı olacaq | SON XƏBƏR | SON XƏBƏR

Şəhid polkovnikə həsr edilmiş filmin təqdimatı olacaq

raquf-sehidimiz3_300x1452016-cı ilin aprel şəhidi polkovnik Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” sənədli filminin təqdimatı keçiriləcək.

Mətbuat Şurasından verilən məlumata görə, təqdimat sabah Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

Mətbuat Şurasının təşəbbüsü ilə keçiriləcək toplantıda kütləvi informasiya vasitələrinin təmsilçiləri, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, “Ruhun həsrəti” sənədli filmi Mətbuat Şurasının Veysəloğlu şirkəti ilə birgə layihəsi əsasında çəkilmiş sayca ikinci ekran işidir. Bundan öncə 2016-cı ilin aprel şəhidləri olan pilotlarımıza həsr olunmuş “Aprel şəkilləri” sənədli filminin təqdimatı olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>