Soros AŞPA-ya böyük təzyiqlər göstərir - Aqramunt | SON XƏBƏR | SON XƏBƏR

Soros AŞPA-ya böyük təzyiqlər göstərir – Aqramunt

soros_249x187Avropa Şurası Parlament Assambleyası nəzdində Azərbaycana və digər bəzi ölkələrə qarşı ikili standartlar yürüdülməsi adət halını alıb. Uzun illər bu cür hallara qarşı mübarizə aparmışam. Bəzi ölkələrin lobbi qrupları AŞPA-da Azərbaycan, Rusiya təmsilçilərinə və hətta mənə qarşı böyük təzyiqlər göstəriblər.

Bu fikri Azərtac-a müsahibəsində ispaniyalı parlamentari Pedro Aqramunt söyləyib.

O deyib ki, Avropa Şurasında lobbi təzyiqləri böyükdür və onların arxasında iqtisadi maraqlar dayanır. Neçə illərdir bu qurumda ikili standartların şahididir.

Pedro Aqramunt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra hansı yeniliklərin olacağı bəlli deyil, ancaq onun mövqeyi aydındır:

“Mən həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışam, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu demişəm. Dağlıq Qarabağ və ona bitişik 7 rayonun 25 ildən artıqdır Ermənistanın işğalı altında olması faktdır. Hərbi işğalın davam etməsi qəbuledilməzdir. Avropa bunu qəbul edə bilməz. Münaqişənin həlli tapılmalıdır. Plenar iclaslarda bunu dəfələrlə səsləndirmişik.

Təəssüf ki, AŞPA-da Corc Soros fondu tərəfindən maliyyələşdirilən lobbi qrupları və QHT-lər bəzi ölkələrə və deputatlara qarşı təzyiq göstərir, qurumun işinə mane olurlar”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>